Xəbər lenti
Bakı bizi diz çökdürəcək – İrəvanda təşviş
Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması ilə bağlı razılaşmanın parlamentdə müzakirəsi zamanı vitse-spiker Eduard Şarmanazovun və müdafiə nazirinin müavini Artak Zaxaryanın etirafları işğalçı dövlətin düşdüyü vəziyyəti açıq şəkildə göstərdi.
Publika.az xəbər verir ki, Şarmazanov razılaşmanın təsdiqlənməsinin vacibliyi haqda danışarkən, “Ermənistan tam ölçüdə öz müdafiəsini təmin etmək vəziyyətində deyil. Biz hansısa hərbi blokda olmalıyıq, buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik. Çünki Türkiyəyə qarşı yeganə alternativimiz bu blokdur”, - deyə bildirib.
Zaxaryan da təsdiq edib ki, “biz öz sərhədlərimizin toxunulmazlığını təmin etmək gücündə deyilik”.
Müzakirələrdən sonra parlament razılaşmanı ratifikasiya etdi və Ermənistan mediasının da yazdığı kimi, erməni ordusu faktiki olaraq, Rusiyanın nəzarətinə keçdi.
“Ermənistan Azərbaycan və Türkiyənin zərbələri altında tez yıxılacaq”.
Bu barədə isə parlamentdəki müzakirələrə məqalə həsr etmiş “armenianreport” saytı yazıb.
Sayt qeyd edib ki, Ermənistan hakimiyyəti əhaliyə daim yalan danışır:
“Serj Sərkisyan tez-tez “ordumuz hər şeyə qadirdir” frazasını təkrarlamağı sevir. Biz bu yalana inanırıq, daha doğrusu inanmaq istəyirik. Buna görə də cüzi maaşımızdan 1000 dram ayırıb ordu fonduna ödəyirik. Amma hakimiyyət daha dürüst davranaraq, heç nəyə qadir olmayan orduya sahib olduğumuzu etiraf etdi. Milli maraqlara xəyanət göz qabağındadır. Sərkisyan ordunu ruslara satdı”.
Sayt əlavə edib ki, Ermənistan hakimiyyəti hər il büdcədən 500 milyon dolları ordunun xərcləri üçün ayırır və bu pullar məmurların cibinə gedir.
“Bu xəyanətdir, amma hakimiyyət bunu heç də gizlətməyi lüzum bilmir. Açıq şəkildə etiraf edirlər ki, Azərbaycan və Türkiyə bizi diz üstə çökdürəcək. Cırtdan dövlətlərdə belə heç kim bu etirafı etmir. Amma bizim hakimiyyətimiz Moskvanın qucağında oturmaqdan başqa heç nə bilmir”, - yazıda qeyd olunub.
Məqalədə bildirilib ki, Ermənistan hakimiyyəti nə Qarabağı, nə də bütövlükdə ölkəni əlində saxlaya biləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar