Xəbər lenti
İrəvan biabırçı kapitulyasiyaya imza atdı – Erməni yazar
Moskva Ermənistanı yox etmək istəyir.
Axar.az xəbər verir ki, bu sözlər erməni yazar Sərkis Artsruninin “1in.am” saytındakı məqaləsində yer alıb.
“1997-ci ildə Ermənistan və Rusiya arasında imzalanan böyük müqavilədən başlayaraq, Ermənistan daima öz suverenliyində güzəştə gedib və hər dəfə bundan daha ağır heç nə olmayacağını düşünüb. Hər dəfə biz yanılmışıq, ona görə ki, Moskvada dəmir imperiya məntiqi hökm sürür və Rusiya elitası heç vaxt dayanmayacaq.
O istədiyi və bacardığı qədər bəhrələnəcək. Üstəlik, bugünkü Ermənistan elitası özünün siyasi və əxlaqi keyfiyyətləri ilə ölkənin subyektivliyi və hətta öz subyektivliyi barədə düşüncələrdən məhrum edilib. Əgər bunun obyektivliyi ilə bağlı şübhələr varsa, oxucu müstəqil şəkildə Respublika Partiyası nümayəndələri və havadarlarının parlamentdə Ermənistan-Rusiya vahid ordu birləşməsi haqqında səsləndirdiyi fikirləri oxusun. Hökumətin çıxışlarında suverenlik komponenti yox idi. Onlar ya Rusiyanın yaratdığı Türkiyə təhlükəsi tezisi, ya da ki, biabırçı şəkildə Ermənistanın öz təhlükəsizliyini təmin etmək gücündə olmaması arqumentləri gətirirdilər.
Dünən açıq şəkildə hamımızın gözü qarşısında Ermənistanın növbəti mərhələli kapitulyasiyası baş verdi”, – deyə məqalədə bildirilib.
Artsruninin fikrincə, Moskva Ermənistanı bütünlüklə ordusuz, xarici siyasətsiz qoymaq istəyir:
“Vahid ordu birləşməsi ətrafında müzakirə məhz Aprel müharibəsindən sonra aktivləşdi, Ermənistanda polis patrul alayının işğal olunduğu günlərdə İrəvana Rusiya nümayəndə heyəti gəldi ki, bu tip təhqiredici razılaşma ətrafındakı danışıqları yekunlaşdırsın. Tapşırıq qoyulub ki, Rusiyanın Ermənistan ordusu, yəni sonuncu suveren olan şey üzərində total nəzarət təsdiqlənsin. Bu, təxminən 100 il sonra 11-ci Ordunun Ermənistana növbəti dəfə girməsinə bənzəyir. Biz hətta bu kontekstdə Azərbaycanla genişmiqyaslı müharibə olacağı təqdirdə hansı nəticələrin olacağını proqnozlaşdırmaq belə istəmirik. Bugünlərdə parlamentdə müzakirə edilən problem daha təhlükəli xarakter daşıyır. Vahid ordu qruplaşması haqqında razılaşma Ermənistanın vətəndaş cəmiyyətinin məhvinə yol açır.
Vahid ordu qruplaşması daxili təhlükə yaranan zaman da istifadə edilə bilər və Rusiyanın təhlükə sırasına, məsələn, Ermənistanın Avrasiya İttifaqından çıxması və ya Avropa Birliyinə birləşmək istəməsi təşəbbüsünü, eləcə də kütləvi mitinqləri aid etməsinə şübhə belə etməyin. Ermənistanın Avrasiya statusu Moskva üçün etibarlı zəmanət deyil. Ermənistan ikinci Abxaziya olmalı, Moskva tərəfindən tam udulmalıdır. Yəni onun xarici siyasəti olmamalı, ordusu, daxili sistemi birbaşa Moskvanın kurasiyasında olmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar