Xəbər lenti
Azərbaycanda kreditini verə bilməyən taksi sürücüsünün FACİƏSİ - TƏFƏRRÜAT
Dünən Abşeron rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Saray bağları yaşayış massivində 1964-cü il təvəllüdlü Məmmədov Elşən Mahmud oğlunun özünü asaraq intihar etdiyi ev ona məxsus olmayıb.
Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov taksi sürücüsüdür və həmin evdə yaşayan əlil kişiyə xidmət göstərirmiş. O, bir neçə gün imiş ki, ailəsinin yaşadığı evə getmirmiş və həmin əlil kişiyə məxsus ikimərtəbəli evdə qalırmış. Dünən isə sürücünün özünü birinci mərtəbədən asaraq həyatına son qoyduğu məlum olub.
İntiharın səbəbinə gəlincə, E.Məmmədovun bir müddət əvvəl kreditlə avtomobil aldığı və ödənişi vaxtında həyata keçirə bilmədiyi deyilir.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.xeberfakt.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar