Xəbər lenti
Qarabağda status-kvo qəbuledilməzdir - Fransız səfir

Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran Prezident İlham Əliyevlə görüş zamanı bildirib.
Dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə çıxış edən Nokalas Suran deyib: “Məqsədimiz çox aydındır: beynəlxalq hüququn prinsiplərinə, xüsusən də hamımız üçün sarsılmaz olan Helsinki Yekun Aktına uyğun şəkildə məsələnin həllinə nail olmaq. Yəni, bildiyimiz kimi, güclə təhdid etməmək və ya ondan istifadə etməmək, dövlətlərin tam ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək həmin Aktın prinsipləridir. Bu baxımdan, tərəflər arasında ən yaxşı həll variantının tapılmasında qərəzsiz olmaqda Minsk Qrupunun həmsədri kimi bizə arxalana bilərsiniz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar