Xəbər lenti
Moskva Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə hazırlaşır. Səfərin əsas məqsədi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Ekspertlər güman edir ki, həmsədrlər buna nail olacaqlar. Maraqlıdır ki, prezidentlərin görüşünün təşkili haqda söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası “Lavrov planını” yenidən gündəmə gətirir. Ermənistan mediası isə yazır ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını, daha sonra yekun statusun müzakirəyə çıxarılmasını nəzərdə tutan “Lavrov planı” razılaşdırılacaq. Əks təqdirdə müharibə qaçılmazdır və yeni toqquşma istəməyən Rusiya İrəvanı buna məcbur edəcək.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Aram Amatuni bu plana razı olmayacağı təqdirdə Sarkisyanın Rusiya tərəfindən devrilə biləcəyini yazıb.
Onun sözlərinə görə, görüş ərəfəsində Sarkisyana Rusiyadan psixoloji təzyiqlər artır: “Məsələ ondadır ki, prezidentlərin görüşü danışıqlar prosesində yeni mərhələ ola bilər. Ən azından danışıqların daha aktiv davamı başlanacaq. ABŞ və Fransa həmsədrləri qabağa düşərək, prezidentlərin görüşünü təşkil etməyə çalışır. Lakin onların təşkil edəcəyi danışıqlar sadəcə olaraq yamsılama olacaq və əsas məqsəd yeni toqquşmaların qarşısını almaqdır. Bakı bunu yaxşı anlayır və imitasiya danışıqları ona sərf etmir. Digər tərəfdən, regionda sabitlik Rusiyanın marağında olsa da, Moskva təşəbbüsü əldən vermək istəmir. Buna görə də prezidentlərin görüşünü təşkil etmək və müəyyən ciddi irəliləyişə nail olmaq üçün Ermənistana təzyiq edir”.
A.Amatuni qeyd edir ki, Ermənistan hazırda kifayət qədər gərgin mərhələyə daxil olur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar