Xəbər lenti
Ermənistanın “MƏXFİ” qriflə gizlətdiyi SİRLƏR ÜZƏ ÇIXDI - Düşmən ordusu DARDA
Ermənistan müdafiə naziri Viqen Sarkisyan bu posta təyin olunmasından ötən bir il ərzində görülən işlərlə bağlı hesabat verib.
Publika.az xəbər verir ki, V.Sarkisyan Ermənistan ordusunda hər şeyin yaxşı olduğunu, hərbi qulluqçuların sosial problemlərinin həll edildiyini iddia edib. Lakin Ermənistan ictimaiyyəti müdafiə nazirinin yalan danışdığını hesab edir.
Erməni jurnalist Tevos Arşakyan isə Ermənistan ordusunun acınacaqlı vəziyyətini qələmə alıb.
Erməni jurnalist yazır ki, onun qohumları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçir.
Qeyd edək ki, təkcə Arşakyanın bu sözləri İrəvan rejiminin Qarabağda erməni hərbi qulluqçularının xidmət etmədiyi haqda yalanını bir daha ifşa edir.
Arşakyan deyir ki, ordudakı problemlər gizlədilir: “Əgər mən Ermənistanda yaşamasaydım və qohumlarım Qarabağda hərbi xidmət keçməsəydilər, Viqen Sarkisyanın dediklərinə ürəkdən inanardım. Lakin erməni hərbi qulluqçuları boğaza qədər sosial problemlərin içindədir. Sarkisyan rejimi isə cinayətkarcasına bunu gizlədir. Müdafiə naziri də bu rejimin bir üzvü kimi oyunu qaydalarına uyğun oynayaraq, ictimaiyyəti aldadır. Nazir iddia edir ki, onun rəhbərliyi dövründə hərbi qulluqçuların sağlamlığına vurulmuş ziyanın kompensasiyası üçün fond yaradılıb. Halbuki, həmin fondun maliyyələşməsi üçün vətəndaşlardan hər ay 1000 dram məcburi alınır. Əgər vətəndaş bu fondu özü təmin edirsə, onda hökumət və dövlət büdcəsi nə üçün lazımdır? Bununla yanaşı, fond yalnız 2017-ci ilin 28 yanvarından sonra yaralananlara kömək edir. Halbuki, bu tarixə qədər minlərlə, bəlkə də daha çox hərbi qulluqçu zərər görüb. Reallıqda bu fondun yaradılması və fəaliyyəti şübhəlidir”.
T.Arşakyan Qarabağda xidmət edən zabit tanışından öyrəndiklərini də açıqlayıb.
“Qarabağda hərbi hissələrin birində xidmət edən zabit tanışım danışır ki, hərbi qulluqçuların sosial problemləri əvvəlki nazirin dövründə olduğu kimi yenə də ağırdır. Qidalanma məsələsi dəhşətli dərəcədə neqativdir. Polkovniklər və generallar əsgərin ərzaq payını və paltarını oğurlamağa davam edirlər. Yeganə fərq odur ki, əvvəl bunu açıq-aşkar oğurlayırdılar, indi isə gizli şəkildə edirlər. Əsgərlərin çoxu qeyri-döyüş şəraitində tələf olur. Bunun əsas səbəbi də komandirlərin qeyri-qanuni münasibəti və özbaşınalıqdır”, - deyə erməni jurnalist zabit tanışının dediklərini qeyd edir.
Arşakyan əlavə edir ki, Ermənistanda əsgər anaları əvvəlki kimi yenə də etiraz akisiyaları keçirir: “Sadəcə olaraq, indi yuxarıların əmri ilə KİV bu etirazları işıqlandırmır. Sarkisyan rejimi ordudakı neqativləri hərbi sirr kimi “Məxfi” qrifi ilə gizlədir. Lakin nə qədər gizlətsələr də “məxfilik” onlara kömək etmir. Əsgər ölümləri, hərbi qulluqçuların sosial problemləri və ordudakı oğurluq göz qabağındadır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar