Xəbər lenti
İrəvanda Azərbaycan məscidində farsların Aşura mərasimi – FOTO + VİDEO

Məhərrəm ayının 10-cu günü – Aşura mərasimləri tarixi Azərbaycan şəhəri İrəvanda hər il olduğu kimi bu il də keçirilib.
Manevr.az xəbər verir ki, İmam Hüseyn əzadarlığı azərbaycanlılara məxsus və 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilən Göy məsciddə baş tutub.
Qeyd edək ki, farsların Məscid-i Kabud adlandırdıqları Göy məscid Azərbaycan memarlıq nümunələrindən biri olmaqla İrəvandakı 8 məscid arasında ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi məscidi idi.
Məscid 1995-2006-cı ildə İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Məsciddə əzadarlıq edənlərin də Ermənistandakı yaşayıb işləyən İran vətəndaşları olduqları güman edilir. /Teleqraf.com/




Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar