Xəbər lenti
“Aprel müharibəsi”nin daha bir SİRRİ AÇILDI – Ordumuz erməni kəşfiyyatını NECƏ ALDATDI?
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “operativ müdafiə bölməsinin müdiri”, polkovnik Viktor Arustamyan “aprel müharibəsi”ndə Azərbaycanın taktiki döyüş bacarığının erməni hərbi birləşmələrinin məğlub edilməsində böyük rol oynadığını etiraf edib.
Publika.az xəbər verir ki, V.Arustamyan Daşnaksütyun partiyasının təşkil etdiyi “rəqibin və bizim hərbi-siyasi taktikası” adlı konfransda sualları cavablandırıb.
“Yelk” blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan “Niyə “aprel müharibəsi”ndə bizim hərəkətlərimiz rəqibin addımlarına adekvat deyildi” deyə soruşub.
Erməni polkovnik əvvəlcə etiraf edib ki, “aprel müharibəsi”ndə çox səhv ediblər.
“Bizim kəşfiyyat məlumatlarımızın çoxu yanlış çıxdı. Misal üçün, cəbhə xəttində iki tankın gəldiyi eşidilir, növbəti gecə tanklar geri qayıdır. Texnikanın daimi hərəkəti ilə onlar bizi aldatmağı bacardı. Yalnız son anda gözlənilmədən zirehli texnikanı tətbiq etdilər”, – deyə o, Azərbaycanın hərbi taktikasının güclü olduğunu etiraf edib.
“Aravot” qəzetinin müxbiri Arustamyana “əgər “aprel müharibəsi”nə qədər azərbaycanlılar hərbi texnikanın hərəkəti ilə bizi aldadıbsa, bu, “biz nə qədər ayıqıq” sualını yaradır. Heç olmasa bu gün bu hərəkətlərə hazırıqmı?” sualını ünvanlayıb.
Erməni polkovnik cavabında etiraf edib ki, onlar böyük səhvlər etdilər və rəqibin (Azərbaycanın) qarşısında zəifdirlər.
“Biz çox səhv etdik. Lakin bu gün səhvləri analiz edib, düzəltməyə çalışırıq”, – deyə o bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar