Xəbər lenti
1881-ci ildən sonra ilk dəfə - BAKIDA HAVANIN TEMPERATURU 35-DƏN 20-YƏ ENİB
1881-ci ildən indiyədək (136 il ərzində) Bakı və Abşeron yarımadasında sentyabrda havanın temperaturunun 35 dərəcədən 20 dərəcəyə enməsi müşahidə edilməyib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
“Bakıda hidrometeorolji stansiya 1881-ci ildə tikilib. Həmin ildən indiyədək havanın belə kəskin dəyişməsi müşahidə edilməyib, hidrometeoroloji müşahidələrdə bu hal qeydə alınmayıb”.
Hava şəraitinin belə kəskin dəyişməsinin çox az müşahidə olunduğunu deyən M.Həsənov qeyd edib ki, 1996, 2003-ci illərdə buna bənzər hallar olub. Həmin illərdə sentyabr ayı bu ilki kimi çox isti keçməsə də, yağıntılar qəfildən düşüb.
M.Həsənov Azərbaycanda yağıntıların daha çox oktyabr ayı ərzində düşdüyünü də xatırladıb: “Azərbaycanda oktyabr ayı həmişə qeyri-sabit hava şəraiti ilə müşahidə edilib. Oktyabr ayında Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının aylıq orta miqdarı təqribən 26-32 mm olur. Ancaq 2015-ci ildə Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 76 mm-ə qədər artıb, yəni normadan 2 dəfədən çox yağıntı düşüb. Yəni yağıntının miqdarının normadan çox düşməsi halı Bakıda və Abşeron yarımadasında bəzi illərdə müşahidə edilib. Lakin indiyədək Bakıda yaydan payıza keçid bu dərəcədə kəskin olmayıb”.
Qeyd edək ki, bu il hava qəfildən soyuyub. Sentyabrın son ongünlüyünün əvvəlinədək Bakıda və Abşeron yarımadasında 35 dərəcəyə kimi isti olub. Lakin sentyabrın 27-də havanın temperaturu 19-22 dərəcəyə enib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar