Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İşğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir”

Tarix: 03-10-2017 08:35     Baxış: 5236 A- / A+
“İşğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir”


“Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır”.
Manevr.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlarımıza səfər edənlər arasında Rusiya, Fransa, ABŞ, Almaniya və İtaliya vətəndaşları çoxluq təşkil edir.
“Azərbaycan XİN-in siyahısında yer alan şəxslərin 160-ı Rusiya, 40-ı Fransa, 50-si ABŞ, 45-i İtaliya, 50-si Almaniya vətəndaşlarıdır. Bu, narahatedici məqamdır.
Biz bununla bağlı həmin ölkələrin səfirlərinə müraciət edir və onların təbliğatına böyük ehtiyac olduğunu bildiririk. Çox təəssüf ki, Minsk qrupuna daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe tutmaq əvəzinə, əksinə sərhədlərimizi pozurlar. Məhz onların vətəndaşları Azərbaycanın icazəsi olmadan işğal altında torplaqlarımıza icazəsiz səfər edirlər.
Biz bu siyahıya baxdıqda həmin şəxslərin adi turist deyil, keçmiş səfir, nazir, millət vəkillərinin olduğunu görürük. Son 5 ildə bu tendensiya daha da artıb. Ona görə də daha sərt tədbirləri özündə əks etdirən, işğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir”.
Q.Paşayeva Türkiyə vətəndaşlarının da qanunsuz Xankəndinə səfər etməsi məsələsinə toxunub.
“Türkiyə vətəndaşlarının son addımı daha xoşagəlməzdir. Hesab edirəm ki, bu istiqamətdə də ciddi addımlar atılacaq”. Modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar