Xəbər lenti
"Biz susduqca nazirlər, icra başçıları və digərləri özbaşınalıqlarını davam etdirəcəklər”
“Partiyamızın rayon təşkilat sədrləri heç nədən çəkinməsinlər, məmur özbaşınalığına, korrupsiyaya qarşı mübariz olsunlar. Biz susduqca nazirlər, icra başçıları və digərləri özbaşınalıqlarını davam etdirəcəklər”.
Bunu ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şurasının iclasında partiya sədri Hafiz Hacıyev bildirib.
İclasda təşkilati məsələlər müzakirə edildikdən, Siyasi Şuraya yeni qəbul edilmiş üzvlər təsdiq olunduqdan, təyin edilmiş yeni müavinlər təsdiqləndikdən sonra respublikada ictimai-siyasi vəziyyətlə bağlı MMP-nin qarşısında duran məsələlər, cari məsələlər müzakirə edilib. Çıxışçılar bəzi nazirlərin ölkədə yaranmış xalq narazılıqlarındakı rolundan danışıblar. Çıxışçıların əksəriyyəti Yeni Azərbaycan Partiyasında bəzi güclərin təzyiqlərinə tab gətirə bilmədiklərindən sıralarını tərk etmək məcburiyyətində qaldıqlarını deyərək, YAP-ın həmin güclər tərəfindən nüfuzdan salındığını bildiriblər.
Sonra Siyasi Şuranın bəyanatı səsləndirilib.
Bəyanatda bildirilir:
1) Respublikada korrupsiyaya və rüşvətxorluğa qurşanmış, dövlətçiliyə zərər vuran nazirlər, komitə sədrləri və digər yüksək vəzifəli məmurlar istefaya göndərilsin.
2) Siyası islahatlar, seçki islahatları aparılsın. Məhkəmə, prokurorluq və digər hüquq-mühafizə orqanları qanunları, qəbul etdikləri qərarları, hökümləri, qətnamələri, qanunun tələbələrini ədalətlə həyata keçirsinlər.
3) 2.9 milyard dollarla bağlı rəsmi təhqiqat başlanılsın. Korrupsiyada adı keçən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilsin. Xalqdan oğurlanmış pullar geri qaytarılmaqla xalqa məlumat verilsin.
4) Pensiya və əmək haqqlarının azlığı, ölkədə kütləvi işsizliyin mövcudluğu nəzərə alınsın. Kreditlərin ödənilməsində insanlara güzəştlər edilsin və qəbul edilmiş tibbi sığorta haqqında qanunun tətbiqinə başlansın.
5) Ermənipərəst və yarıtmaz mövqelərinə görə ATƏT-in Minsk qrupunun fəaliyyəti qətiyyətlə pislənsin və onların fəaliyyəti dayandırılsın.
6) Respublikada yaranmış ictimai-siyasi vəziyyətlə bağlı Prezidentdən siyasi partiyalar və ictimai təşkilatlarla görüşünün təşkili və müzakirələrinin başlanması xahiş edilsin.(Versus.Az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar