Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Min illik şəfa və gənclik iksiri – SÜMÜK SUYU

Tarix: 30-09-2017 22:17     Baxış: 5319 A- / A+
Min illik şəfa və gənclik iksiri


Bahalı vitamin, mineralları və kremləri bir kənara buraxmağın zamanı gəldi. Çünki bütün bunları əvəz edəcək daha sağlıqlı bir alternativ var.
Publika.az xəbər verir ki, “təbiətin multivitamini” adlandırılan sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir.
Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib. Buna görə də bədənimizi müalicə edərkən ilk növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən effektiv üsul isə sümük suyundan istifadə etməkdir.
Bu suyun artıq professional satışı ilə məşğul olan kafelər belə açılıb.
Əslində sümük suyu ta qədim zamanlardan mövcud olub. Belə ki, əcdadlarımız ovladıqları heyvanların yeyə bilmədikləri parçalarını israf etməmək üçün qaynadıb suyu içirmişlər.
Sümük suyunu heyvanın qığırdaq, sümük, ilik, dəri kimi parçalarını uzun müddət qaynadaraq əldə ediblər.
Bu parçaları uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
Mütəxəssislər kalsium, maqnezium, fosfor, silikon, sulfur kimi mineralların sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olduğunu deyir.
Sümük suyunun faydalı ola bilməsi üçün hazırlanma prosesi çox önəmlidir. Burada sərbəst formada hərəkət edən və orqanik qidalarla bəslənən heyvanların sümüyündən istifadə etmək vacibdir. Sümük suyu jelatin formasına gələnə qədər bişirilməlidir. Sümük suyunun daha dadlı olması üçün suda bişirməzdən əvvəl sobaya qoymaq olar. Əlavə olaraq, 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük suyunu daha dadlı və faydalı edir.
Sümük suyunu bişirilmiş halda 3 ay müddətində soyuducuda saxlamaq mümkündür.
Xüsusilə, soyuq aylarda istifadəsi daha effektiv olan bu təam uşaqlar üçün əvəzedilməz immun qoruyucusu, qadınlar üçün cavan qalmağın ən yaxşı üsulu və yaşlılar üçün sümük ağrılarının təbii dərmanıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar