Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Baş prokuror Gözəl Bayramlının həbsindən danışdı

Tarix: 30-09-2017 12:41     Baxış: 5300 A- / A+
Baş prokuror Gözəl Bayramlının həbsindən danışdı


Azərbaycanın Baş prokuroru Zakir Qaralov “Turan” İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı məsələyə münasibət bildirib.

Manevr.az-ın ölkə.az-a istinadən məlumatına görə, Z.Qaralov jurnalistlərə açıqlamasında deyib ki, “Turan” İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur:

“İstənilən vergi ödəyicisi vergi qanunvericiliyini pozmamalıdır”.

AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı məsələyə də toxunan Z.Qaralov bu barədə danışmağın hələ tez olduğunu söyləyib:

“Bu məsələ ilə bağlı danışmaq hələ tezdir. Çünki qarşıda istintaq və məhkəmə prosesləri var. Hesab edirəm ki, Azərbaycanda gömrük və vergi qanunvericiliyinin tələblərinin pozulması cinayətdir. Bəzi müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri öz xarici havadarlarının vasitəsi ilə ölkə qanunvericiliyinin tələblərini pozaraq, xaricdən onlara ötürülən pulları ayrı-ayrı ölkələrdən alırlar. Bu cür hallar qanun pozuntusu olduğu üçün biz bu cür halları aşkar edən zaman dərhal müdaxilə edirik. Qanunun tələbləri ilə bu cür şəxslər həbs edilir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar