Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil” – VACİB AÇIQLAMALAR

Tarix: 30-09-2017 08:33     Baxış: 4275 A- / A+
“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil”


Bakı şəhərində səhiyyə və təhsil xidmətləri pullu ola bilər.

Səhiyyə və təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələlərilə bağlı məlumatlar yayılandan sonra belə bir fikir formalaşıb.
Bu fikirlər Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi yeni dəyişikliyə əsasən formalaşmağa başlayıb. Dəyişikliklərdən sonra sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində bildirilib ki, qarşıdan gələn illərdə səhiyyə və təhsil xidməti pullu olacaq.
Ekspertlər isə məsələyə birmənalı yanaşmırlar. Millət vəkili, səhiyyə üzrə ekspert Asim Mollazadə “Ölkə.Az”a açıqlamasında bildirdi ki, hazırda ölkədə səhiyyənin pullu olması ilə bağlı heç bir qərar yoxdur.

“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil”


Onun sözlərinə görə, hazırda pulsuz səhiyyənin müvafiq sahələri var.
“Ciddi tibbi yardım tələb olunan hallarda vətəndaşlar özləri pullu xidməti seçirlər. Mənim fikrimcə, bu sahədə ölkədə çox ciddi islahatlar aparılmalıdır. Sığorta sistemi çox ciddi şəkildə dəyişdirilməlidir və bu istiqamətdə vətəndaşların hüquqları qorunmalıdır. Azərbaycanda dünya təcrübəsindən istifadə edilməlidir. Sovet dövründən qalan, guya pulsuz səhiyyə xidmətləri xoşagəlməz hallara səbəb olur. Bəzən bu istiqamətdə korrupsiya halları yaranır. Həm icbari sığorta tətbiq edilə bilər, həm də vətəndaşlar iş yerlərində sığortalana bilərlər ki, bu zaman daha keyfiyyətli tibbi yardım almaq mümkün olsun. Buna böyük zərurət var”, – deyə A.Mollazadə bildirib.
Səhiyyə üzrə ekspert, professor Adil Qeybulla isə“Ölkə.Az”a bildirdi ki, səhiyyənin pullu xidmətə keçməsi istənilən halda əhalinin ziyanına olacaq.

“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil”


Onun sözlərinə görə, istər icbari sığorta, istərsə müxtəlif adlarla tibbi xidmətin pulla göstərilməsi maddi cəhətdən imkansız ailələrin vəziyyətini daha da ağırlaşdıracaq.
“Pulsuz xidmətin pullu xidmətə keçməsi əslində mövcud olan qeyri-leqal ödəmələrin leqallaşmasıdır. İkinci tərəfdən görünən odur ki, dövlət artıq himayəsində olan tibbi müəssisələri maliyyələşədirə bilmir. Bu da əhali üçün problemlər yaradır. Səhiyyənin dövlət himayəsindən çıxması əslində əhali üçün çox ağır bir şeydir. Bu proses əhalinin vəziyyətini daha da ağırlaşdıra bilər”, – deyə A.Qeybulla bildirib.
Təhsil sahəsində isə vəziyyət tamam başqadır. Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın “Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir” sözləri 2020-ci ilədək Bakıda orta məktəblərin pullu olacağı barədə fikirlər formalaşdırıb.

“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil”


Ekspertlər isə düşünürlər ki, bu fikirlər düzgün şərh edilməyib.
Təhsil üzrə ekspert Nadir İsrafilov “Ölkə.Az”a bildirdi ki, bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Onun sözlərinə görə, orta məktəblərdə təhsilin pullu olması qeyri-mümkündür.

“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil”


“Son vaxtlar 2020-ci ilədək Bakıda orta məktəblərin pullu olacağı barədə fikirlər formalaşdırıb. Bunun nəticəsi olaraq, bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunmuş təhsil müəssisələrini bir təhsil alana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub. Sonradan məsələyə aydınlıq gətirilib ki, məsələ heç də bir çoxlarının düşündüyü kimi deyil. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir. Dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Məncə əlavə şərhə ehtiyac yoxdur. Təkcə onu deyə bilərəm ki, belə bir addımın atılması 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyası və 2009-cu ildə qəbul edilən “Təhsil Haqqında” Qanunun müddəaları ilə daban-dabana ziddir. Yəni Qanunvericiliyə görə dövlət icbari pulsuz icbari təhsili təmin edir. Bununla belə orta ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsinə görə, məktəblərin tədris prosesinə maneçilik törətmədən ödənişli xidmətlər göstərmək, qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif mənbəələrdən gəlir əldə etmək səlahiyyətləri var. Lakin bu heç də orta məktəblərin pullu olacağı anlamına gəlmır”, – deyə Nadir İsrafilov bildirib.
Ekspert hesab edir ki, Azərbaycanda orta məktəblərin pullu olması yalnız Konstitusiyada dəyişikliklər edilməsi və ya onlara publik hüquqı şəxs statusu verilməsi yolu ilə mümkün ola bilər.
Dövlət tərəfindən isə məsələyə belə aydınlıq gətirildi:
Səhiyyə Nazirliyindən “Ölkə.Az” a bildirdilər ki, yaxın gələcəkdə icbari tibbi sığorta proqramı tətbiq olunarkən vətəndaş hansısa müəssisəyə müraciət edəndə onun üçün xidmətlər yenə də pulsuz olacaq.

“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil”


Həmin xidmətə görə ödəniş olacaq, onun ödənişini də sığorta təşkilatı verəcək. Sığorta təşkilatının xidmətin pulunu ödəyə bilməsi üçün müəssisənin pullu xidmət göstərmək imkanı olmalıdır. Ancaq bu o demək deyil ki, hazırkı sistem dəyişdi və vətəndaşlar üçün tibbi xidmətlər pullu olacaq. Xeyr. Bu gün hökumət hüquqi sənədləşməni bugünkü qanunvericiliyin tələblərinə uyğunlaşdırır. “Publik hüquqi şəxslər” haqqında qanun qəbul olundu. Publik hüquqi şəxslərin də özlərini maliyyələşdirib saxlaya bilməsi üçün pullu xidmətlər göstərmək imkanı olacaq. Müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində tibb müəssisələri publik hüquqi şəxslər olacaq. Amma onlar yenə də dövlət müəssisələri olacaq və icbari tibbi sığorta sisteminə keçənə qədər vətəndaşlara pulsuz xidmətlər göstərməyə davam edəcəklər. Sadəcə olaraq, indi müəssisələr üçün pullu xidmət göstərmək imkanı Nazirlər Kabinetinin yeni qərarında əks olunur. Burada qeyd edilir ki, dövlət müəssisələri pullu xidmət göstərə bilər. Bu da sığorta ilə bağlı olacaq. Artıq müəssisələr dövlətin büdcəsindən pul almayacaq, pulu sığorta şirkətindən alacaqlar”, – deyə məlumatda bildirilib.
Əlavə edilib ki, pullu xidmətlərin hələ bu yaxın zamanlarda tətbiq edilməsi nəzərdə tutulmur: “İcbari tibbi sığorta sistemi tam işə düşməyənə qədər o, tətbiq olunmayacaq. Sığorta sistemi tətbiq olunduqdan sonra dövlət müəssisələrində pullu xidmətlər tətbiq olunacaq”.
Təhsil Nazirliyindən isə “Ölkə.Az”a bildirdilər ki, orta məktəblərdə təhsilin pullu olması məsələsi kökündən yanlışdır. Bakı Şəhər Təhsil İdarəsi isə orta məktəblərin pullu olacağı ilə bağlı yayılan xəbərlərə belə aydınlıq gətirib:

“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil”


“Dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar