Xəbər lenti
2017 - sonun başlanğıcı : Buz dövrü başlayır?
İqlimdə dəyişikliklər baş verir. Ancaq hələ bu dəyişikliyin hansı yöndə getdiyini demək mümkün deyil.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov dünyanın 20 elmi qurumunun dəhşətli iqlim dəyişikliyi və soyuqların gəlməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, iqlimdə dəyişikliklər baş verir, lakin hələlik heç bir anormallıq müşahidə edilmir:
“Artıq uzun illərdir qlobal iqlim dəyişikliyi ilə bağlı söhbətlər gedir. Bəli, etiraf etmək lazımdır ki, iqlimdə dəyişikliklər baş verir. Ancaq bunun istiləşməyə, yoxsa soyuqlaşmaya doğru getdiyini yaxın zaman ərzində demək mümkün deyil.
Fasiləsiz olaraq 5 və ya 10 il ardarda kəskin soyuqlar müşahidə edilsə, buzlaqlar əriməsə, buzlu sahələr artsa, buz dağları böyüsə və qış üçün nəzərdə tutulmuş orta temperatur aşağı düşsə, bu zaman demək olar ki, qlobal soyuqlar başlayır. Ancaq qış bir il bir qədər soyuq keçir, növbəti il ümumiyyətlə qar yağmır, daha sonrakı il soyuqlar daha da artır. Belə təbiət hadisələri gözləniləndir və normaldır”.
G.Süleymanovun sözlərinə görə, iqlim dəyişikliyi əsasən 30 illik müddət nəzərə alınaraq müqayisə edilir:
“Məsələn, 1930-cu ildən 1960-ci ilə qədər müşahidə edilən iqlimdə nələr dəyişib - öyrənilir və nəticə çıxarılır. Son 30 illik müqayisəni nəzərə alsaq, hələ ki, temperatur yüksəkliyi qeydə alınıb. Yəni iqlimdə soyuqlaşmadansa, istiləşmə daha çox qeydə alınıb. Orta temperaturda artma müşahidə edilib. Düzdür, son illər artım nisbətən azalıb, ancaq yenə də müşahidə edilir. Dünya alimləri və mütəxəssisləri də bildirib ki, hələ 2100-cü ilə qədər soyuma gözlənilmir. Bu istiləşmədən sonra kəskin soyuqlaşma dövrü olacaq. Ancaq bunun nə vaxt olacağını demək mümkün deyil. 2100-cü ilə qədər hələ ki, qlobal soyuqlaşma gözlənilmir”.
Qeyd edək ki, dünyanın 20-dən artıq elmi təşkilat və akademiyası dəhşətli iqlim dəyişikliyi ilə bağlı birgə məlumat yayıb. Məlumatda 2017-ci ilin bəşəriyyətin məhvinin başlanğıc tarixi olacağı bildirilib. Alimlərin fikrincə, son analizlər qlobal iqlim dəyişikliklərinin fəlakət həddinə çatdığını göstərir. Yer üzündə Kiçik Buz dövrü başlayacaq.(Axar.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar