Xəbər lenti
Yol polisi qanunsuz sərnişindaşıma ilə bağlı xəbərdarlıq etdi
Avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması qəzalara səbəb olur. Bəzən günün pik saatlarında sərnişin çoxluğundan istifadə edən sürücülərə rast gəlirik. Bu baxımdan zaman-zaman qanunsuz sərnişindaşıma ilə məşğul olanlar da nəzərə çarpır.
Aparılmış müşahidələr deməyə əsas verir ki, belə qayda pozuntularına daha çox yol verənlər məhz Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşımalarını həyata keçirən sürücülərdir.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, bu istiqamətdə hər zaman tədbirlər görülür:
“Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslara əsasən Bakı-Sumqayıt yolunda rast gəlinir. Bununla bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Bu gün ola bilər ki, hansısa bu tipli avtobuslar kənar yerdən çıxıb fəaliyyət göstərsinlər. Amma ümumilikdə bu cür fəaliyyətlərin qarşısı alınır. Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edirlər”.
Bakı-Sumqayıt yolunda bu cür fəaliyyətlə məşğul olanlar adətən “Ford” markalı avtomobillər olur. K.Əliyev qeyd edilən məsələyə də fikir bildirib:
““Ford” markalı avtomobillərin hamısı qanunsuz fəaliyyət göstərir” deyə bilmərik. Kənardan baxaraq bunu müəyyən etmək olmaz. Hər halda onun müvafiq sənədi varsa, avtovağzaldan avtovağzala işləyirsə, qanunsuz daşımadan söhbət gedə bilməz. Lakin adətən marşrut üzrə getməyən, sifariş əsasında işləyən avtomobillərə də rast gəlmək olur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar