Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polis generalı: «Bakı Nəqliyyat Agentliyi böyük səhvə yol verir»

Tarix: 28-09-2017 17:13     Baxış: 4255 A- / A+
Polis generalı: «Bakı Nəqliyyat Agentliyi böyük səhvə yol verir»


Bakı Nəqliyyat Agentliyi “Qarabağ” – “Roma” oyunundan sonra stadiondan çıxan azarkeşlərin daşınmasında problemin yaranmasına və izdihama görə polisi günahlandırıb. Qurumun sözçüsü Mais Ağayev bildirib ki, polis yanlış olaraq insanları metroya istiqamətləndirib və azarkeşlər onlar üçün ayrılan avtobuslardan istifadə edə bilməyib.

Manevr.az-ın məlumatına görə, yaradılan polis qərargahının rəhbəri, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov qafqazinfo-ya açıqlamasında bildirib ki, polis əməkdaşları insanları avtobuslar dayanan əraziyə yönləndirsə də, azarkeşlər özləri ora getmək istəməyib: “Bu o demək deyil ki, polis insanları avtobusa minməyə qoymayıb. Onlar bizi necə ittiham edə bilərlər? Bakı Nəqliyyat Agentliyi belə deməklə böyük səhvə yol verir. Camaat avtobusa getmək istəmir, mən nə edə bilərdim? Yağış yağdığı üçün insanlar qısa yol axtarırdı, avtobuslara kimi olan məsafə isə uzaq idi. Avtobuslar oyun başlamadan öncə metrostansiyalardan insanları daşıyanda gecikiblər, camaat da buna görə qayıdanda avtobuslara minmədi.

Avropa Oyunlarında, İslam Oyunlarında 30-40 min adam üçün yüksək səviyyədə təşkilatçılıq işləri görülmüşdü. Orada təşkilatçıların xeyli sayda könüllüləri var idi, istiqamətləndirici işarələr qurulmuşdu. Oyunlardan öncə dəfələrlə yoxlanılmışdı. Dünənki təşkilatçılıq isə o oyunlar zamanı görülən işlərlə müqayisə olunası deyildi. Amma əksinə dünən 70 min adam var idi, onları yola salmaq asan deyil”.

S. Bağırov bildirib ki, dünən azarkeşlərin idarə olunmasında təşkilatçılıq tək polisin üzərində idi: “Ola bilər kimsə əziyyət çəkdi, amma polis hamıdan çox əziyyət çəkdi. Polis qarşısına qoyulan tapşırığı tam yerinə yetirdi. Saat 11-də hamı dağılışıb getdi, yol polisi isə yol hərəkətinin təşkilini tənzimləmək üçün gecə saat 2 radələrinə kimi xidmət apardı”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar