Xəbər lenti
2018-ci ildə insanların həyatında çox şey dəyişəcək - İnqilabi yeniliklər...
Məşhur fantast, futurist yazıçı Rooger Stepley 2018-ci ildə insanların həyatında, yaşam tərzində, texnoloji dünyada dəyişəcək inqilabi yeniliklərin proqnozunu verib.
Futuristin proqnozları daha çox süni zəka, robot texnologiyasında yaşanacaq dəyişikliklər barədədir.
Robot vəkil- R. Stepley hətta hüquq ixtisası üzrə təhsil alan gələcəyin vəkil və hakimlərinə sahələrini dəyişməsi tövsiyyə edir. Onun zənninə görə, 2018-ci ildən etibarən, məhkəmələrdə ara-sıra robot vəkillərin xidmətindən istifadə ediləcək. Həmin vəkillərdə ədalətli qərarvermə bacarığı 70 faizdir. O, gənc vəkillərin gələcəkdə işsiz qalma probleminin olacağını deyir;
Sürücüsüz maşınlar- Bu elmi ideya uğrunda artıq neçə ildir ki, mübarizə aparılır. Həmyerlimiz, nəhəng alim Lütfi Zadə süni intellektə söykənən sürücüsüz idarə olunan maşınlar üçün layihəsini hələ 2000-ci ilin əvvəllərində vermişdi. Lakin Stepley bu barədə danışarkən 2018-ci il üçün tələsmir. O, gələn il sürücüsüz maşınların yalnız sınaq üçün istifadə olunacağını bildirib. Onun fikrincə, əsasən, 2020-ci ildən sonra sürücüsüz avtomobillər dünyanın maşın biznesini yerindən sarsıdacaq.
Sığorta şirkətləri çətin duruma düşəcək- Buna səbəb elə yuxarıdakı bənddir. Çünki sürücüsüz avtomobillərin istehsalında əsas məqsəd yol qəzalarını sıfıra endirməkdir. Dünyada hər il orta hesabla 1,2 milyon insan yol qəzaları nəticəsində dünyasını dəyişir. Ağıllı avtomobillərdə isə qəza ehtimalı hər 10 milyon km-dən bir götürülür. Bu isə qəza zamanı əsas söz sahiblərindən olan sığorta sisteminin çöküşü deməkdir;
Futuristin proqnozlarına görə, 2018-ci ildən başlayaraq, yuxarıdakılarla yanaşı, bu yeniliklərin də şahidi olacağıq:
Günəş enerjisindən daha çox istifadə ediləcək. Nəticədə elektrik xeyli ucuzlaşacaq. Alternativ enerjinin artımı elektrik enerjisinə xeyli qənaət edəcək;
Duzlu suların asanlıqla şirinləşdirib, təmizləmək, içmək üçün yararlı etmək mümkün olacaq. Bu isə içməli su probleminin həlli deməkdir;
Avropada və inkişaf etmiş Asiya ölkələrində su və işıq bu səbəbdən xeyli ucuzlaşacaq;
Ağıllı telefonlarda müalicə etmək imkanları yaranacaq;(Moderator.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar