Xəbər lenti
Yol polisi sürücülərə xəbərdarlıq etdi - Ehtiyatlı olun
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
İdarədən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın bir neçə gündə havaların yağmurlu keçməsi barədə məlumat yayıb.
Bunu nəzərə alaraq DYP sürücülərə tövsiyyə edir ki, artıq Bakıda və respublikanın digər bölgələrində yağıntı müşahidə edilir. Bunu nəzərə alaraq sürücülərə bir neçə məqama xüsusi diqqət yetirməlidirlər. İlk növbədə avtomobilin şüşəsilənləri, işıq cihazları saz vəziyyətdə olmalıdır. Bundar əlavə, yollarda sürət rejimi yolun vəziyyətinə uyğun seçilməlidir. Yəni, haradasa 110 km/saat sürət rejimi nişanı qoyulubsa sürücü mütləq bu sürətlə avtomobil idarə etməməlidir. Yol hərəkəti qaydalarında və qanunvericilikdə də qeyd edildiyi kimi, sürücü yol və meteroloji şəraitə uyğun sürət rejimi seçməlidir, Belə havalarda avtomobilin təkərlərinə xüsusi diqqət yetirilməlidir:
"Əksər yerlərdə yolun səthi islanıb. Bu vəziyyət çox ciddi bir təhlükəni gizlədir. Uzun müddət quraqlıqdan sonra belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir. Bu təbəqənin sürüşkənliyi bəzən qardakı kimi ola bilər. Nə qədər ki, gur yağıb o sürüşkən təbəqəni yoldan yumayıb, diqqətli olun, sərt manevr etməyin, sürəti aşağı salın, ara məsafəsini bir az da artırın".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar