Xəbər lenti
“Azərsell”dən daha bir yenilik - Foto
“Azərsell” şirkəti xüsusi rahatlığı və innovativ tərzi ilə seçilən növbəti mağazasını istifadəyə verib. Müştəri xidməti sahəsində hər zaman yenilikləri ilə fərqlənən, müştəri məmnuniyyətinə böyük önəm verən şirkət sentyabrın 26-da Bül-bül prospektində (Sahil metrosunun yanı) yeni konsepsiyalı Sahil Franchise ofisini abunəçilərin ixtiyarına verib.
Şirkətdən Axar.az-a verilən məlumata görə, 110 m2 ərazidə yerləşən və ən müasir avadanlıqla təhciz olunan ofis yeni Nordic konsepsiyasına uyğun olaraq qurulub.
Açılış mərasimində çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu mağazanın “Azərsell”in uzun illər etibarlı partnyoru olmuş NLT şirkəti ilə qarşılıqlı etibar və peşəkarlıq əsasında qurulmuş sağlam biznesinin nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, mərkəz “Azərsell”in özünü doğrultmuş konsepsiyası əsasında tərtib olunaraq NLT şirkəti tərəfindən uğurla idarə olunacaq və hər zaman abunəçilərə yüksək səviyyədə xidmət göstərəcək. Həmçinin, abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün “Azərsell”in bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artırmaqda davam edəcəyini qeyd edib.
Mağazanın xüsusi özəlliyi ofisdə aciq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.
Qeyd edək ki, ofisin açılışı münasibəti ilə şirkət “Azərsell”in xüsusi loyallığı ilə seçilən müştərilərinə bütün telefonlara 50% endirim də təqdim edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar