Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan səhiyyəsində ilkə imza atan həkim danışdı

Tarix: 27-09-2017 07:13     Baxış: 4266 A- / A+
Azərbaycan səhiyyəsində ilkə imza atan həkim danışdı


Azərbaycan səhiyyəsində daha bir ilkə imza atılıb.

Qan dövranı dayandırılmaqla ağciyər damarlarında əməliyyat həyata keçirilib. Risk dərəcəsi böyük olan əməliyyat zamanı həkimin cəmi 20 dəqiqə vaxtı olub.
Ürəyi dayandırıb əməliyyat etdilər. Belə bir əməliyyat Azərbaycanda ilk dəfə həyata keçirilib.
Əvvəlcə, bədənin temperaturu müsbət 18-ə endirilib. Bədən istiliyi 36-dan 18-ə enən kimi ürək də başda olmaqla, bütün orqanlar fəaliyyətini dayandırıb. Həkim 20 dəqiqə ərzində əməliyyatı tamamlamasa, bədbəxt hadisə qaçılmaz ola bilərdi.
27 yaşlı qadın hamiləlik zamanı baldırlarında şişmə şikayəti ilə həkimə müraciət edib. Baldır damarlarının trombozu diaqnozu qoyularaq müalicəsi aparılıb. Doğuşdan sonra isə qadında təngnəfəslik başlayıb. Məlum olub ki, onun ağciyər damarlarında tromp yaranıb. Bildirilib ki, əməliyyat olunmasa, 5 il ərzində ölə bilər.
Beləliklə, ölkəmizdə ilk dəfə olaraq ”Ağciyər damarlarının endarterektomiyası” adlanan cərrahiyyə əməliyyatının edilməsinə qərar verilib. Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində həyata keçirilən bu əməliyyatı ürək-damar cərrahı Kamran Musayev həyata keçirib.
Kritik müddət də daxil olmaqla, əməliyyat ümumilikdə 5 saat davam edib.
Əməliyyatdan 1 həftə sonra xəstə evinə göndərilib. /xezerxeber/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar