Xəbər lenti
Yetkinlik yaşına çatmayanlara verilən cəzalar yüngülləşdiriləcək

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilir.
Manevr.az-ın məlumatına görə, Məcəlləyə yeni, 90-1 maddəsinin (Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi) əlavə olunması təklif edilir.
Qanun layihəsində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini bu məcəllənin 85.1-ci maddəsində (Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə; ictimai işlər; islah işləri; müəyyən müddətə azadlıqdan məhrum etmə) nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edilə bilər. Bu halda şəxsin tamamilə və ya qismən əlavə cəzadan da azad olunması mümkündür.
Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. /Modern.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar