Xəbər lenti
Azərbaycanda 3 aylıq körpə üzərində nadir əməliyyat -FOTO
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3 aylıq Rəsul Əlizadə üzərində nadir əməliyyat aparılıb.
Universitetdən bakupost.az-a verilən verilən məlumata görə, 17 iyun 2017-ci il təvəllüdlü Əlizadə Rəsul Akif oğlu sentyabrın ortalarında ATU-nun Tədris Cərrahiyyə Klinikasına daxil olub. Hirşprunq diaqnozu qoyulan bu körpədə bağırsaq keçirməzliyi əlamətləri olub:
"Valideynləri bildirib ki, bundan əvvəl bir neçə klinikaya müraciət etsələr də, orada təklif olunan müalicə və üçmərhələli əməliyyat üsulu ilə razılaşmayıblar. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxov deyib ki, klinikada diaqnoz təsdiqlənib. Sentyabrın 15-də R.Əlizadə əməliyyat olundu. Əməliyyatdan bir sutka sonra xəstə qidalandırılmağa başlanıldı. Artıq yeddinci sutkada xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərildi”.
Cərrah R.Poluxovun sözlərinə görə, bu əməliyyat ən müasir əməliyyatlardan sayılır. Xəstəyə koloanal anastomoz qoyulur. Bu zaman qarının ön divarında heç bir kəsik aparılmadığına görə, kosmetik defekt yaratmır.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar