Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

300 azərbaycanlı İraqda öldürülüb – DTX rəisindən ilginc açıqlamalar

Tarix: 24-09-2017 21:21     Baxış: 5340 A- / A+
300 azərbaycanlı İraqda öldürülüb
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlılar və ölkəmizdə terror cəhd hallarıyla bağlı ilginc açıqlamalar verib.

O, jurnalistlərə açıqlamasında İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı öldürüldüyünü bildirib. Onun sözlərinə görə, bu informasiyanın səhihliyini yoxlamaq üçün komitə əməkdaşları İraqa yollanıb:
"Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir".
Mədət Quliyev əlavə edib ki, indiyə kimi 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub: "Son 5 il ərzində 900-ə yaxın sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub. Onlar inanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir. Onlardan 85-i hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub. Azərbaycanda müvafiq qurumlarla birgə planlı şəkildə işlər aparılır ki, azərbaycanlı gənclər dini radikalizmlə bağlı səhv yollara uyub getməsinlər".
O həmçinin qeyd edib ki, son 5 il ərzində 900-ə yaxın azərbaycanlının İŞİD-ə qoşulduğunu, onlardan 85-nin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını, 195 nəfərinin Azərbaycan vətəndaşlığından çıxarıldığını, bir çoxunun isə döyüş zamanı öldüyünü bildirib.
Xidmət rəisi onu da deyib ki, Azərbaycan İŞİD terror təşkilatına qoşularaq ölən vətəndaşların övladlarının geri qaytarılması üçün iş aparır.
"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir", - deyə o bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi onu da bildirib ki, Azərbaycanda da terror törətmək istəyənlər olub, lakin bunun qarşısı vaxtında alınıb:
"Azərbaycanda da xeyli sayda terrora cəhd hazırlığı görənlər olub.
Hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirərək bu kimi cəhdlərin qarşını vaxtında ala bilirlər".
M.Quliyev hərbi qulluqçuların dövlətə xəyanət etməsi məsələsinə də toxunub. Bu məsələylə bağlı görülən işlər məxfi olduğuna görə ətraflı məlumat vermək düzgün deyil:
"Bu istiqamətdə hər zaman işlər görülür. Təbii ki, bir sıra dövlət bu kimi yırtıcı cəsusları işlədir. Dövlətin hüquq-mühafizə orqanları bununla mübarizə aparır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar