Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda hicab qadağası ilə bağlı AÇIQLAMA

Tarix: 23-09-2017 22:24     Baxış: 4452 A- / A+
Azərbaycanda hicab qadağası ilə bağlı AÇIQLAMA


"Onların geyim məsələsində ortaya qoyduğu niyyət yalnız tövsiyə xarakteri daşıya bilər"

“Mingəçevir Dövlət Universitetinin hicaba qadağa qoyması doğru deyil”.

Azərbaycanda hicab qadağası ilə bağlı AÇIQLAMA

Manevr.az-ın xəbərinə görə, bunu “Report”un Şirvan bürosuna hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Mingəçevir Dövlət Universitetində hicablı tələbələrin auditoriyalara daxil olmasına qoyulmuş yasaqla bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu qərar Azərbaycan Konstitusiyası ilə uzlaşmır: “Ölkə Konstitusiyasında vətəndaşlarımızın hüquq və azadlıqları ilə bağlı bütün məsələlər tam əksini tapıb. Azərbaycan müasir, demokratik və tolerant bir dövlətdir. İnsanlar inanclarında, düşüncələrində və geyim seçməkdə tam sərbəstdirlər. Doğrudur, Mingəçevir Dövlət Universiteti zəngin ənənələri olan böyük elm mərkəzidir. Amma bu belə təhsil müəssisəsinə vətəndaş haqları ilə uyğun gəlməyən qərarlar verməyə haqq vermir. Onların geyim məsələsində ortaya qoyduğu niyyət yalnız tövsiyə xarakteri daşıya bilər. Bu baxımdan gəncləri haqlı hesab edir və tələbələrin tərəfində olduğumuzu bildiririk”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar