Xəbər lenti
“Bizim başımızdan heç bir tük də düşməyəcək” : Sarkisyanın müavini Bakıda
“Biz bura Qarabağ probleminin müzakirəsi üçün gəlməmişik. Biz iclasda erməni xalqına qarşı qərəzin qızışdırılması məsələsini qaldırdıq. Və buna Azərbaycan tərəfindən cavab aldıq”.
Virtualaz.org bildirir ki, bunu “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Ermənistan parlamentinin “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.
Xatırladaq ki, tədbirdə ondan başqa daha iki erməni nümayəndə-deputat Mane Tandilyan və Armen Aşotyanın köməkçisi Aram Barseğyan da iştirak edirlər.
Armen Aşotyan jurnalistlərin suallarına cavab verərkən ortaya maraqlı məqamlar çıxıb. Məlum olub ki, onun anası bakılıdır: “Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram”.
A.Aşotyananın sözlərinə görə, Azərbaycana gələrkən onun və Mane Tandilyanın qarşısında təhlükəsizlik məsələsi durmayıb: “Biz ondan əmin idik ki, bizim başımızdan heç bir tük də düşməyəcək. Təşkilati xarakterli problemlər var idi, amma xüsusi siyasi problemlər yox idi”.
A.Aşotyan diqqəti daha bir maraqlı fakta yönəldib: “Bakı mehmanxanalarında təəccübləndirilmişdilər ki, bizim mehmanxana nömrələrimiz Ermənistan parlamenti tərəfindən sifariş edilib”.
Erməni siyasətçisi ümid etdiyini bildirib ki, Qarabağ münaqişəsi sülh yolu ilə nizama salınacaq: “Dialoqun davamı üçün bizim ölkələrimizə belə platformalar lazımdır. Bundan başqa, biz ATƏT-in Minsk qrupuna böyük ümidlər bəsləyirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar