Xəbər lenti
Prokuror prezidentə qarşı iddia qaldırdı -...qeyri-qanunidir

Kaliforniya ştatının prokuroru Xavyer Beserra prezident Trampın qərarı ilə Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı iddia qaldırıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı ABŞ Konstitusiyasını pozmaqda, ətraf mühitinin müdafiəsinə dair qanunların pozulmasında və qərarın federal qanunlara zidd olduğuna görə ittiham edilir.
Xavyer Beserraya görə, divarın çəkilməsi qeyri-qanunidir. Çünki ABŞ Daxili Təhlükəsizlik nazirliyi ətraf mühitin müdafiəsinə dair bir sıra qanunlara əməl etməyib. Bundan əlavə, prokuror ABŞ Konstitusiyasının 10-cu düzəlişinin pozulduğunu iddia edir. Düzəlişə əsasən, mərkəzi hökumətə aid olmayan səlahiyyətlərin icrası ayrı-ayrı ştatların ixtiyarındadır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın çəkilməsini vəd edib. Ötən həftə Tramp tikintinin artıq başlandığını bəyan edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar