Xəbər lenti
Allahşükür Paşazadəni Hacı Fuad əvəz edəcək

Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək.
Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Aİ rəsmisi qeyd edib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq.
Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə iştirak etməyəcək. Onun əvəzində Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.
Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:
Hacı Fuad Nurullayev – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı
Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı
Aleksandr Şarkovski – Yəhudi icmasının sədri
Elnur Əfəndiyev – Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Rasim Xəlilov – “Həyat Sözü” protestant dini icmasının başçısı
Siyavuş Heydərov – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Nicat Məmmədli – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar