Sizin Reklam Burada
Xəbər lenti
03-11-2026
02-11-2026
BÜTÜN XƏBƏRLƏR

Hökməlidə sürüşmə aktivləşdi

Tarix: 20-09-2017 20:54     Baxış: 4395 A- / A+
Hökməlidə sürüşmə aktivləşdi
Hökməlidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir.

Manevr.az-ın məlumatına görə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

Dəstə rəisinin sözlərinə görə, Hökməlidə yamacın kəsilməsi sürüşmə - çökmə prosesinin başlamasına təkan verib: “Yaxınlıqdakı Hökməli vulkanının yüz illər boyu püskürməsi, texnogen suların, atmosfer çöküntülərinin təsirindən vulkan külləri axıcı hala gəlib. Yamacın kəsilməsi ilə isə onun dayanıqlığı itib və sürüşmə - çökmə prosesi baş verib”.

R. Həsənov qeyd edib ki, Hökməlidə yol boyunca da çatlar əmələ gəlib: “Ərazidə qırılma qaşının hündürlüyü 60-80 sm-ə çatır. Bəzi yerlərdə isə çatların eni 50 sm-dir”.

Qeyd edək ki, ətrafda qəzalı vəziyyətə düşən evlər var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar