Xəbər lenti
Millət vəkili İraq Türkman təşkilatları tərəfindən Xidmət Ödülünə və mükafata layiq görülüb
Millət vəkili Türk dünyasına və İraq türkmən Mədəniyyəti, sənəti və davası xidmətlərindən dolayı İraq Türkman təşkilatları tərəfindən Xidmət Ödülünə və mükafata layiq görülüb.
Ödülü və Mükafatı millət vəkili Q. Paşayevaya Türkməneli Kültür Mərkəzi başqanı Dr.Mustafa Ziya ve Beynəlxalq Kərkük Kültür Dərnəyinin rəhbəri,Dünya İletişimciler Dərnəyinin rəsmisi Dr. Şemsettin Küzeci təqdim edib. Onlar millət vəkili Q.Paşayevanın Türk dünyasının birliyi istiqamətində çalışmalarından və İraq Türkmanlarına daim göstərdiyi dəstəyi xüsusi vurğulayaraq onun Türk dünyasına və İraq türkmən Mədəniyyəti, sənəti və davası xidmətlərindən dolayı Xidmət Ödülünə layiq görüldüyünü bildiriblər. Onlar millət vəkili Qənirə Paşayevanın ” İraq türkmanlarına və Türk Dünyasına xidmət” ödülünü və mükafatını Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstək, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və İraq türkmanlarının hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə layiq görüldüyünü bildirdilər. Türkməneli Kültür Mərkəzi başqanı Dr.Mustafa Ziya və Dünya İletişimciler Derneği. Dr. Şemsettin Küzeci qardaş Azərbaycanla İraq Türkmanları arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən də danışıb və bütün Türk dünyasını İraq türkmanlarına, bu çətin anlarda, ağır zmanlarda Kərkükə dəstəyi daha da artırmağa çağırıb. “İraq Türkmanları bizim canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır”, – deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd etdi. Millət vəkili Qənirə Paşayeva Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsi, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılması və İraq türkmanlarının hüquqlarının müdafiəsi istiqamətində əlindən gələni edəcəyini və bunu özünə bir borc bildiyini deyib, çünki orda yaşayan insanlar da bizim qardaş-bacılarımızdır və bizim hamımızın borcu onlara daha çox dəstək göstərməkdir. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə İraqda yaşayan soydaşlarımız, ümumiyyətlə Türk dünyası gəncləri arasında yaxınlaşma, bütünləşmə, birlik və bərabərliyi yolunda əlindən gələni etməyi özünə bir borc bildiyini və bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini bildirmişdir və bu sahədə maraqlı layihələr həyata keçirməyi planlaşdıran Türkməneli Ksültür Mərkəzi başqanı Dr.Mustafa Ziya ve Dünya İletişimciler Derneği. Dr. Şemsettin Küzeci ilə bundan sonra daha dda çox ortaq layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdi və bütün Türk dünyasını Kərkük Türkmənləri üçün bu ağır zamanlarda onlara dəstəyə çağırıb. Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayevanın Türkməneli Kültür Mərkəzi başqanı Dr.Mustafa Ziya və Dünya İletişimciler Derneği. Dr. Şemsettin Küzeci ilə görüşündə İraqdakı soydaşlarımız və onlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələr ətrafında fikir mübadiləsi aparılıb.(turkustan.info)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar