Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəb direktorundan şəhid xanımına hörmətsizlik : “Qapıları gəzməklə heç nə əldə etməyəcəksən”

Tarix: 18-09-2017 16:43     Baxış: 3529 A- / A+
Məktəb direktorundan şəhid xanımına hörmətsizlik


Cəmiyyətimizin həssas təbəqəsi olan şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzində dayanıb. Bu təbəqədən olan insanların sosial rifahının yaxşılaşdırılması, onlara xüsusi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyi tərəfindən istər rəsmi sərəncamlarda, istərsə də müəyyən cıxışlar, görüşlər, tədbirlər zamanı da öz əksini tapıb. Ancaq təəssüflər olsun ki, bəzən şəhid ailələrinə göstərilən bu xoş münasibətə kölgə salanlar da tapılır
Şuşanın müdafiəsi zamanı şəhid olmuş Natiq Şahmuradovun həyat yoldaşı Sevinc Quliyeva 1993-cü ildən Bakı şəhəri Yasamal rayonu 175 saylı tam orta məktəbdə ibtidai sinif müəllimidir. Bu illər ərzində heç bir problemlə üzləşməyən şəhid xanımı ötən tədris ilindən heç bir səbəb olmadan məktəbin direktoru Qələndər Qələndərovun təzyiqi ilə üzləşib. Belə ki, məktəb direktoru ona növbəti tədris ilindən özünə başqa iş yeri axtarmağı “məsləhət” görüb. Bu “məsləhəti” qəbul etməyən Sevinc Quliyeva hazırkı tədris ilində əvvəlki dərs yükündən məhrum olub. Belə ki, məktəb direktoru müəllimi ibtidai siniflə təmin etməyib və “çarəsiz” qalaraq ona ötən illərlə müqayisədə fərqli dərəcədə az olan yığma dərs yükü təklif edib. Xatırladaq ki, Təhsil Nazirliyinin açıqlamasına görə müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. Və qeyd edək ki, Sevinc Quliyevə diaqnostik qiymətləndirmədə müsbət nəticə əldə edib.
Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, Sevinc Quliyevə məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Muradovaya, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azad Niyazova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayevə müraciət edib. Müraciət olunanların hər biri şəhid xanımın şikayətləndiyi məsələdə haqlı olduğunu söyləyiblər və məsələnin müsbət həll olunacağını bildiriblər. Ancaq bu müdaxilələrə baxmayaraq, məktəbin direktoru heç bir tədbir görməyib. Yalnız Sevinc Quliyavanı yanına çağırtdıraraq, istehzalı bir cümlə deməklə kifayətlənib: “Qapıları gəzməklə heç nə əldə edə bilməyəcəksən”.
Azərbaycanın fəxri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan məktəbin direktorunun Həzi Aslanov qəhrəmanlığının davamçılarından biri olan, Şuşanın müdafiəsi uğrinda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Natiq Şahmuradovun xanımına belə hörmətsizliyinin səbəbi nədir?
Ümid edirik ki, bu təəssüf doğuran acınacaqlı sualın cavabını müvafiq dövlət qurumları verəcək.
Modern.az məsələ ilə bağlı direktorun mövqeyini də öyrənməyə çalışacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar