Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanda dini təriqət tüğyan edir” - Rüstəm Behrudi

Tarix: 12-09-2016 16:37     Baxış: 5487 A- / A+
“Azərbaycanda dini təriqət tüğyan edir”


Bu gün Azərbaycanın sevilən şairlərindən biri Rüstəm Behrudinin doğum günüdür. Şairin 59 yaşı tamam olur.

Əziz gününü anası ilə birgə qeyd edən şair AzNews.az-a açıqlamasında əhvalının gözəl olduğunu deyib: “İnanın, məni heç nə qorxutmur. İnsan dünyaya gəldiyi kimi bir gün də ölüb gedəcək. Mən heç bir vaxt ölümdən qorxmamışam. Ölümün mahiyyətini bilən şəxslər heç vaxt ondan qorxmur. Əksinə, ona doğru can atır. Əlimə qələm alan gündən ürəyimə nə gəlib onu yazmışam. Heç vaxt qadağalarım da olmayıb. Allahın verdiyi ömür payında da nə istəsəm, onu da yazacağam”.

Şair öz doğum günündə millətinə olan azusunu dilə gətirib: “Millətimə arzum var. İstəyərdim ki, bu millətin ölən ruhu qayıtsın. Millətin ruhu dəyişsin. Millət cahillikdən, nadanlıqdan canını qurtarsın. Azərbaycanda dini təriqətin tüğyan etdiyi mənzərə var. O mənzərənin Türkiyəni nə hala gətirdiyini hamı gördü. Türkiyədə bu fəlakətləri yetişdirən də dini təriqətlər oldu. Mən istəmirəm ki, Azərbaycanda belə işlər baş versin. Bu yaxınlarda oxudum ki, prezident Milli Məclisə dini təriqətlərlə bağlı təkliflərlə müraciət edib. Bu yaxınlarda onlar Mili Məclisdə müzakirə olunacaq”.

Şair prezidentin bu təklifini düzgün atılmış addım hesab edir: “Təriqətlərin bu cür tüğyan və inkişaf eləməsi Azərbaycan xalqının ziyanına olan şeydir. Yüz təriqət, yüz şəriət olsa da fərq etməz, yol birdir. Bundan başqa yollar hamısı puçdur. Düşünürəm ki, Azərbaycan xalqı gələcəyə doğru gedən bu maneələrdən yan keçəcək. Millətin ruhu qayıtsa Qarabağ da qayıdacaq".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar