Xəbər lenti
Məcburi köçkünlərə harda bina tikilir? – RƏSMİ AÇIQLAMA
Hazırda respublikanın müxtəlif ərazilərində məcburi köçkünlər üçün nəzərdə tutulan tikinti-bərpa işləri davam etdirilir.
Manevr.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov məlumat verib.
O qeyd edib ki, prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin ikinci mərhələsinə start verilib:
“100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.
17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşılıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Həkim məntəqəsi, idman klubu tikiləcək. Tikinti işlərinin oktyabrın sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək”.
E.Qədimov bildirib ki, ölkə prezidentinin Tərtərdə1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür:
“Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. İnşaat işləri yaxın bir ay ərzində yekunlaşacaq. Yaşayış məhəlləsində orta məktəb binası yeni layihə əsasında inşa edilir. Uşaq bağçası, musiqi məktəbi, klub icma mərkəzi, inzibati bina, tibb məntəqəsi yüksək səviyyədə tikilib. Yaşayış məhəlləsinin təhvil verilməsi, burada yaradılan infrastruktur Tərtər rayonu üçün çox gözəl bir obyekt olacaq. Yaşayış məhəlləsinə ərazidə məskunlaşan məcburi köçkünlər köçürüləcək”.
Qurum rəsmisi bildirib ki, hazırda Sabunçu rayonun Ramana qəsəbəsində 1 beşmərtəbəli binanın inşası yekunlaşmaq üzrədir:
“Eyni zamanda, Abşeron rayonun Masazır qəsəbəsində 3 beşmərtəbəli binanın tikintisi başa çatıb. Ərazidə Zəngilan məcburi köçkünləri məskunlaşıb. Bundan başqa, Qaradağda 1100 ailəlik qəsəbə tikilir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar