Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanı çox qorxudan hava hücumu

Tarix: 16-09-2017 15:04     Baxış: 3423 A- / A+
Ermənistanı çox qorxudan hava hücumu


Ermənilərin yalnız bir çıxış yolu qalıb

Rəsmi İrəvan tezliklə başlayacaq Azərbaycan - Türkiyə hərbi hava təlimləri üzündən vahimə içindədir. Orda düşünürlər ki, təlimlər Ermənistana qarşı keçirilir.

Düzgün də sayırlar. Nə gürcülər, nə qazaxlar, nə də başqa xalqların təmsilçiləri Azərbaycandan 1 millimetr torpaq işğal etməyiblər. Halbuki, Ermənistan Azərbaycandakı siyasi qarışıqlıqlardan istifadə edərək Dağlıq Qarabağı və onun ətrafındakı rayonları tutub. Ermənistan işğal etdikləri əraziləri tərk etməsə, azərbaycanlıların gözündə bir nömərli düşmən olaraq qalacaq.

Azərbaycan və Türkiyənin 18-30 sentyabr arasında keçiriləcək hərbi hava təlimləri erməniləri çox qorxudub, buna görə də onlar indi KTMT-dən və Rusiyadan bəhs etməyə başlayıblar. Onların fikrincə, lazım olarsa, bunlar Ermənistanı müdafiə edəcəklər. Düzdür, hələ NATO-dan bəhs etmirlər, amma ora da can atırlar.

Ermənistan mətbuatı qeyd edir ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar başlayarsa, Ankara Bakıya gizli yardım göstərəcək. Niyə gizli olacağını düşünürlər, anlaşılmır. Axı bütün dünya bilir ki, iki ölkə arasında hərbi sahədə mütəxəssisəlrin hazırlanması, loqistika və məsləhətləşmələr üzrə çox sayda sazişlər bağalınb.

Bizim bədnam qonşularımızın yalnız bir çıxışı var - işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Əgər bu, baş verməzsə Azərbaycan münaqişəni hərbi yolla həll edəcək. Keçən ilin aprelini ermənilər yaxşı xatırlayırlar.

Ermənistan Rusiya ilə birgə təlim keçəndə bu çətin ki, kimləri isə qorxudur, amma üfüqdə Ankara görünən kimi bu, İrəvanda həqiqi vahimə yaradır.

Ermənistanı indi başqa şey - Bakı, Ankara və Tbilisi arasında əməkdaşılığın dərinləşməsi narahat edir. Üç ölkə arasında 2017-2019-cu illəri əhatə edən əməkdaşlıq sazişi bağlanıb. Ermənistan mətbuatı həyəcanla yazır ki, İrəvan ayıq olmalıdır - bu üçlük hərbi əlaqələri gücləndirir və İərvan Cənubi Qafqazın bir küncünə sıxışdırıla bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar