Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Müəllimlərin maaşı 500 manatdır, artırılmalıdır” – İlham Əliyev

Tarix: 16-09-2017 09:20     Baxış: 6332 A- / A+
“Müəllimlərin maaşı 500 manatdır, artırılmalıdır”


“Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fonduverib. ‘Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəb tikildi”.
APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə bildirib.
Dövlət başçısı deyib ki, 2004-cü ildən bu günədək 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb, bir çox məktəb yenidən tikilib: “Bu proses davam edir və edəcək. Çünki qəzalı vəziyyətdə məktəblər var. Digər tərəfdən, Azərbaycanda uğurlu iqtisadi siyasət inkişafı ilə əhalinin sayında artım müşahidə olunur. Bu, çox müsbət haldır, ölkəmizin inkişafını göstərir. Nə qədər əhalimiz artsa, ölkəmiz də o qədər də güclənəcək. Hər il məktəblərə gələn uşaqların sayı artır. Belə olanda hər il məktəblərin tikintisi prosesi davam etdirilməlidir. Məktəblərin maddi-texniki bazasının güclənməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır, biz bunu görürük. Son illər bu, özünü ali məktəblərə qəbul imtahanlarında özünü büruzə verir. Bizim məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanıblar, onların aralarında qızıl medal da var. Təhsilin keyfiyyəti bizim üçün prioritet məsələdir. Ancaq şagirdlərdən və müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb tək şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin də əməkhaqqı artır. Xüsusən, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Mənə verilən məlumata görə, Bakı şəhərində müəllimlərin orta aylıq əməkhaqqı 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir. Müəllimlərin əməkhaqqı daha da artmalıdır, nə qədər artarsa, o qədər yaxşıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar