Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tələbələrə təhsil kreditləri FAİZSİZ VERİLƏCƏK

Tarix: 15-09-2017 18:27     Baxış: 5344 A- / A+
Tələbələrə təhsil kreditləri FAİZSİZ VERİLƏCƏK
"Maarifçi” Tələbə Kredit Fondu dördüncü elan sessiyasını yeniliklərlə başlayıb.
Fonddan verilən xəbərə görə, artıq aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim olunur. Kredit almaq üçün müraciət tarixi 11 sentyabr – 13 oktyabr olaraq müəyyənləşdirib. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri əsasında yaradılan və fasiləsiz təhsili təşviq edən "Maarifçi” Tələbə Kredit Fondu bir sosial layihə kimi tələbələrin ölkəmiz üçün faydalı mütəxəssisə çevrilməsini hədəfə almaqla, onları təhsil prosesindən yayındıra biləcək qayğıları azaltmağı qarşısına məqsəd qoyub. Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu elan sessiyasında da dəyişməz olaraq qalıb. Təşəbbüsün ən üstün cəhəti isə faizsiz kreditin köhnə təhsil krediti müqavilələrinə də şamil olunmasındadır. Kreditin verilməsi prosesinin elektron müraciət əsasında yerinə yetirilməsi və tələbələrin kredit tarixçələrini, baş verən yenilikləri şəxsi kabinetləri vasitəsilə izləmək imkanı rəsmiləşdirmənin şəffaflığını və vaxt itkisinin qarşısını almaqla, tələbələrin fondla bağlı dərsdən yayınma hallarını azaldır. "Təhsilə diqqət, gələcəyimizə zəmanətdir” şüarını əsas götürən "Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan bəri 3 elan sessiyası keçirib.
Bu müddət ərzində Fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə, 135 təhsil krediti müqaviləsi imzalanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar