Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xəstələrə dərmanların pulsuz verilməsi TƏKLİF edilir

Tarix: 14-09-2017 17:41     Baxış: 4346 A- / A+
Bu xəstələrə dərmanların pulsuz verilməsi TƏKLİF edilir


Azərbaycanda qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsi təklif edilir.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, böyrək transplantasiyası həyata keçirilən xəstələr üçün belə bir proqram qəbul edilib. Həmin vətəndaşlara dərmanlar əməliyyatdan sonra pulsuz verilir: "Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edə bilərik".

M.Quliyev onu da qeyd edib ki, son dövrlərdə təcili tibbi yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb: "Təcili tibbi yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdafiəsi aparılmalıdır. Bunları həll etmək üçün hüquqi yollar varmı? Bəzi ölkələrdə təcili tibbi yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüququ statusuna bərabərdir".

Deputat hesab edir ki, gələcəkdə "Pasiyentlərin və tibb işçilərinin hüquqları" haqqında qanun layihəsi qəbul edilməlidir: "Deputat həmkarlar təşəbbüs göstərərsə, işçi qrup yaradılmalıdır və bu qanun da qəbul edilməlidir. Çünki icbari tibbi sığorta daha geniş ərazidə tətbiq olunduqda bu məsələ mütləq tələb olunacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar