Xəbər lenti
Gəncənin icra başçısı şəhid ailəsinə verdiyi vədə əməl etmir
Tamella Hüseynova: “Qanunsuz tikili adı ilə dağıtdıqları obyektimizin yeri başqa bir şəxsə baha qiymətə satılıb və hazırda orda tikinti gedir”
Gəncə şəhər sakini Tamella Hüseynova yenidən redaksiyamıza gələrək şikayətlənib. Şəhid ailəsi olan şikayətçi qeyd edib ki, artıq iki ildir ki, şəhər icra hakimiyyəti rəsmi şəkildə verdiyi vədə əməl etmir:
“Gəncə şəhəri Dədə Qorqud küçəsi 36 saylı binanın yaxınlığında şəxsi mülkiyyətimiz olan mağazamız var idi. 1999-cu ildə şəhər icra hakimiyyətinin sərəncamı ilə şəhid ailələrini işlə təmin etmək məqsədilə həmin torpaq sahəsini bizə vermişdilər və biz də orada obyekt tikdirib ailəmizi dolandırırdıq. 2015-ci ilin avqust ayında icra bacısı Elmar Vəliyev məhkəmə qərarı olmadan və heç bir səbəb göstərilmədən vəzifə səlahiyyətlərini aşaraq mağazanı içindəki avadanlıqları ilə birlikdə ağır texnika ilə darmadağın etdi. Bununla bağlı dəfələrlə Prezident Administrasiyasının qəbullarında olduq, aidiyyəti orqanlara şikayət etdik. Şikayətlərimizin nəticəsi olaraq icra başçısı Elmar Vəliyev bizə zəmanət məktubu verdi. Məktubda bildirilirdi ki, 2015-ci ilin 31 dekabrına qədər həmin ünvanda yerləşən məhəllədə yer ayrılacaq, tam standartlara uyğun, içinin yeni avadanlıqları ilə əvəz olunması və hüquqverici sənədləri ilə birlikdə təhvil veriləcək. Lakin bu günə kimi verilən vədlərə əməl olunmayıb”.
Şikayətçinin sözlərinə görə qanunsuz olaraq dağıdılmış obyektin yerində indi başqa obyekt tikilir:
“Dükanı dağıdanda bəhanə gətirmişdilər ki, ərazidə obyekt olmasına icazə yoxdur. Lakin indi dağıdılmış obyektimizin yeri başqa bir şəxsə baha qiymətə satılıb və hazırda orda yeni obyektin tikintisi gedir”.
Tamilla Hüseynova üzləşdiyi haqsızlıqla bağlı kömək istəyib:
“Bu haqsızlıqlara, stresslərə həyat yoldaşım dözməyib 2016-cı ilin yayında infarkt keçirdi. Bildirim ki, həyat yoldaşım uzun illərdir ki, yüksək təzyiq və ağır şəkər xəstəliyindən əziyyət çəkir. Heç bir yerdən gəlirimiz yoxdur. Yoldaşım 2-ci qrup əlildir, onun müalicəsi üçün tələb olunan dərmanları ala bilmirəm. İki ildir ki, Gənc İcra Hakimiyyəti tərəfindən bizə heç bir köməklik göstərilmir. Dəfələrlə rəhbərliyin qəbulunda olmuşam, dərdimi bildirmişəm, amma bunun bir faydası olmayıb. Aidiyyəti qurumlardan xahiş edirəm, Gəncə İcra Hakimiyyəti tərəfindən pozulmuş hüquqlarımızın bərpa olunmasına köməklik edilsin”.
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, şikayətlə bağlı məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.
Qeyd edək ki, Gəncə sakini Tamilla Hüseynovanın məlum şikayəti ilə bağlı bundan əvvəl də bir neçə dəfə yazı dərc olunub. Buna baxmayaraq, şikayətçi hər dəfə problemin həll olunmamasından gileylənib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar