Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Qarabağın qaytarılmasını tələb edəcək - Putinə ŞANTAJ

Tarix: 13-09-2017 21:13     Baxış: 4264 A- / A+
Ermənilər Qarabağın qaytarılmasını tələb edəcək


Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı “Yelk” blokunun təklifi ölkəni qarışdırıb.

Manevr.az publika.az xəbər verir ki, Daşnaksütyun partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bu təklifin əleyhinə çıxıb və qalmaqallı bəyanat verib.

“Bu məsələləri qaldıranlar, təhlükəsizliyin nə demək olduğunu anlamırlar. Əgər kimsə düşünürsə ki, müharibədə yalnız əsgərlər qalib gəlir, onlar səhv edir. Əgər bizdə hərbi vasitələr olmasaydı, rəqiblə döyüşə bilməzdik. Ermənistan Avrasiya İqtisadi İttifaqına girməsəydi, silahlar ala bilməzdi”, - deyə o bildirib.

Ermənistan mediası isə Rustamyanın bu açıqlamasından sonra “aprel döyüşləri”ni xatırladıb.

“Lragir” saytı yazır ki, “aprel müharibəsi”ndə Ermənistan ordusu 80-ci illərdən qalma silahlarla döyüşürdü: “Bunu Serj Sarkisyan özü etiraf etdi. Daşnaksütyunun belə mövqeyi maraqlıdır, çünki onlar millətçi partiyadır. Lakin son illər bu partiya sağ qalmaq üçün hər şeyə gedirlər, indi də rusların müdafiəsinə qalxıblar”.

Sayt əlavə edir ki, daşnaklar Qarabağ siyasətini dəyişə bilər.

“Vaxtilə inqilabçı olan daşnaklar görünür, bir azdan Qarabağın qaytarılması ehtiyacını əsaslandırmağa başlayacaq”, - deyə məqalədə bildirilir.

Erməni siyasətçi Zarui Postandjyanın “Yelk” blokunun təklifi ilə bağlı fikirləri də maraqlıdır.
Postandjyan hesab edir ki, Ermənistanın rus ittifaqından çıxışı ilə bağlı təklifi səsləndirmək tapşırığı “Yelk” blokuna “Baqramyan 26”-dan (Ermənistan Prezident Administrasiyasının ünvanı - red.) gəlib.

“Bu, səmimi proses deyil. Sadəcə olaraq, Sarkisyan bolşevik kimi şantajla məşğuldur. Əgər təklifin qəbul olunmaq şansı olsaydı, Sarkisyan buna qoşulmazdı. Bu, sadəcə Sarkisyanın oyunudur”, - deyə o vurğulayıb.

Erməni analitiklərin fikrincə, Sarkisyan Rusiyadan müəyyən dividentlər əldə etmək üçün şantaj gəlir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar