Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

7 gün sonra Ermənistana AĞIR ZƏRBƏ VURULACAQ – Qarabağla bağlı YENİ GEDİŞ

Tarix: 13-09-2017 07:39     Baxış: 3284 A- / A+
7 gün sonra Ermənistana AĞIR ZƏRBƏ VURULACAQ


BMT Baş Assambleyasının sentyabrın 19-da Nyu-Yorkda başlanacaq sessiyası Ermənistanı narahat edir. Söhbət sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağla bağlı görüşündən gedir.
Azərbaycan tərəfi görüşdə ərazilərin qaytarılması məsələsini konkret olaraq irəli sürəcək. Ermənistanda sentyabrın 20-də keçiriləcəyi deyilən görüşə ciddi hazırlıq aparılır.
“Aykakan jamanak” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, İrəvanda Qarabağla bağlı qapalı müzakirələr aparılır. Hətta Serj Sarkisyan Xankəndinə gələrək, müzakirələri işğal olunmuş Azərbaycan torpaqlarında da davam etdirib.
Lakin Ermənistanın narahatlığı bununla yekunlaşmır. Gözləntilərə görə, assambleyada Türkiyə, Gürcüstan və Azərbaycan Dağlıq Qarabağ, o cümlədən, Abxaziya problemi ilə bağlı birgə mövqe ortaya qoyacaqlar.
Rusiyalı politoloq Aleksandr Krılov deyir ki, Ermənistanın NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan son anda imtina etməsinin səbəbi də budur: “Ermənistanın NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan imtina etməsinin səbəbləri haqda danışarkən, mən diqqəti regional kontekstə yönəltmək istəyirəm. Söhbət regionda Türkiyə, Gürcüstan və Azərbaycanın güclənən ittifaqından gedir. Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində Türkiyə, Gürcüstan və Azərbaycan Qarabağ və Abxaziya problemi ilə bağlı birgə mövqe sərgiləyəcəklər. Gürcüstan da Türkiyə və Azərbaycanın Qarabağla bağlı bəyanatına qoşulacaq. Bu, Ermənistan üçün yaxşı variant deyil. Həmçinin, belə vəziyyət regionda gərginliyin artan templə davam etdiyini göstərir. Baş verənlər fonunda Ermənistan qərar qəbul etdi ki, NATO-nun təlimlərində iştirak etmək məqsədəuyğun deyil”.
Qeyd edək ki, Ermənistanın NATO təlimlərində iştirakdan son anda imtina etməsi ciddi müzakirələrə səbəb olmuşdu. Lakin sonradan sirlər açılır və əsl səbəblər ortaya çıxır. Xüsusilə İrəvanda qapalı Qarabağ müzakirələrinin keçirilməsi erməni rəhbərliyinin baş verənlərdən ciddi şəkildə narahat olduğunu göstərir. /Publika.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar