Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sentyabrın 26-da hamı XAOSA OYANACAQ : 100 illik müqavilə DİRİLİR

Tarix: 12-09-2017 14:43     Baxış: 4297 A- / A+
Sentyabrın 26-da hamı XAOSA OYANACAQ


Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu bölgədə qarşıdurmanı gücləndirəcək.
Manevr.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrinə İraqın keçmiş millət vəkili Feyha Bayatlı deyib.
Onun sözlərinə görə, ABŞ tərəfindən başladılan “36-cı paralel və çəkic güc” layihəsinin tətbiqi kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin “kürd dövləti” planının başlanğıcıdır.
1991-ci ildən Kərkük, Mosul, Duhok və hətta Ərbildə əhalinin etnik tərkibinin dəyişdirilməsi ilə bu plana hazırlıq görüldüyünü deyən millət vəkili qeyd edib ki, hazırda Suriyanın Rakka, Haseke və Hələbin şimalında oxşar oyun eyni aktyorlar tərəfindən səhnələşdirilir.
“İraqın ən zəngin neft və təbii qaz ehtiyatına malik bölgələr Bərzani tərəfindən tutuldu. Bundan başqa, neft gəlirlərindən İraqın mərkəzi hökumətinə ödəməli olan payı verməyən Bərzani Peşmərgənin (muxtariyyətin silahlı qüvvələri –red.) maaşını da İraq dövlətindən almağa davam etdi. Bərzaninin müstəqil dövlət elan etməsi arxasındakı güclərin ona verdiyi cəsarətlə bağlıdır”, - o bildirib.
Feyha Bayatlı qeyd edib ki, Bərzani və tərəfdaşları neft ixracı və xarici dünyaya alternativ qapı olaraq Kərkük, Ərbil, Haseke və İdlib xəttindən Aralıq dənizinə çıxmaq istəyirlər.
Onun sözlərinə görə, kürd dövləti bölgənin ən böyük məhvi olacaq. Millət vəkili qeyd edib ki, bölgənin bütün ölkələrə hücum planları buradan idarə olunacaq.
Kərkük Vəqfinin başçısı Ərşat Hürmüzlü də referendum sonrası İraqı çətin günlər gözlədiyini söyləyib.
“Ölkə bütövlüyünə zərbə vuracaq proseslərə qapı açılır. İraq sentyabrın 26-da xaosa oyanacaq”, - o deyib.
Qeyd edək ki, İraqın bölünməsi Türkiyənin bu ölkəyə müdaxiləsini gündəmə gətirə bilər. 1926-cı ilin Ankara müqaviləsi Türkiyəyə bu hüququ verir. “Misaki-Milli” sərhədləri içərisində qalan Kərkük ilə Mosul 1926-cı ildə bağlanan Ankara müqaviləsi ilə ərazi bütövlüyünün saxlanılması şərti ilə tərk edilmişdi. İraqın ərazi bütövlüyü əsas götürülərək bağlanan müqaviləyə görə, bu gün İraqın parçalanması və bölgənin qanunsuz təşkilatların nəzarətinə keçməsi Türkiyənin hüquqlarını gündəmə gətirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar