Xəbər lenti
Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev islam ölkələrinə G20-nin analoqu olan bir qurumda birləşməyi təklif edib.
Manevr.azxəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Astanada keçirilən bugünkü sammitində N.Nazarbayev bu təşəbbüsün elm və iqtisadiyyatın inkişafına böyük töhfə olacağını deyib.
“Düşünürəm ki, islam dünyasında elm və iqtisadiyyatın inkişafı üçün G20 kimi bir forum yaratmaq lazımdır. İƏT-in qabaqcıl 15 ölkəsindən İƏT-15 adlı təşkilat qurmaq mümkündür”, - Nazarbayev bildirib.
Prezientin sözlərinə görə, islam dünyasının Qərblə yaxınlaşması üçün forum və görüşlərin vaxtaşırı və sistemli keçirilməsinə ehtiyac var.
“Biz gərək Qərb ölkələri ilə əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirək. Bu birlik bütün islam dünyasının inkişafına imkan verəcək”, - Nazarbayev qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar