Xəbər lenti
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-dən unikal.org-a verilən məlumata görə, havanın temperaturunun gecə 21-25° isti, gündüz 29-34°, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































