Xəbər lenti
Putin Ermənistan ordusunun hücum istiqamətini dəyişdi
Sarkisyanın yeni Qarabağ strategiyasının əsas xətti
Qərb yönümlü erməni saytları Ermənistanın Gürcüstanda başlamış NATO-nun “Agile Spirit 2017” təlimlərindən imtinasını növbəti “3 sentyabr” xəyanəti kimi dəyərləndiriblər .
İstiPress-in məlumatına görə, bu barədə yaydıqları xəbərlərə “Yenə 3 sentyabr”, “Daha bir gecə qərarı” kimi başlıqlar qoymuş erməni portalları Serj Sarkisyanın bu gözlənilməz qərarının Rusiyanın təzyiqi ilə verildiyinə işarə vurublar. 2014-cü ilin 3 sentyabr tarixində Ermənistan lideri bu cür gözlənilməz qərar verərək Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” sazişindən imtina etmişdi və Avrasiya İttifaqına daxil olmaqla bağlı qərar vermişdi.
Erməni jurnalist Sarqis Arsruni “1in.am”da bu gün yazdığı məqaləsində bunu Rusiyanın Ermənistanın daxili işlərinə kobud müdaxiləsi kimi dəyərləndirib. Onun fikrincə, NATO təlimlərindən imtina Ermənistanın suveren qərarlar verə bilmədiyini göstərib.
Jurnalist bu məsələdə haqlıdır və Ermənistan verdiyi son qərar Ermənistan rəhbərliyinin son bir ildə nümayiş etdirdiyi mövqeyə uyğun gəlmir. 2017-ci ildə Ermənistan NATO-nun keçirdiyi iki təlimə qatılmışdı. İyul ayında İrəvan NATO-nun Rumıniyada keçirdiyi “Saber Guardian” təlimlərinə, avqustun əvvəlində isə Gürcüstanda keçirilən “Noble Partner” hərbi təlimlərinə qatılmışdı.
Sarqis Arsruni bir neçə gün öncə yazdığı məqaləsində bildirmişdi ki, bu, Kremlin xoşuna gəlmir: “Moskva, təbii ki, İrəvanın Avropa Birliyi və NATO ilə yaxınlaşmasını qısqanclıqla və narazılıqla qarşılayır. Ekspert dairələri tərəfindən kəskin rəylər bunun sübutudur”.
Ermənistan rəhbərliyinin nə istədiyi məlum idi və hakimiyyətə yaxın ekspert səviyyəsində bunu açıqlayırdılar - İrəvan Qarabağ münaqişəsinin Kosovo variantı ilə həllinə çalışırdı. NATO koalisiyası Serbiya ərazisinin bir hissəsini güclə qopararaq etnik albanlar üçün ikinci dövlət yaratmışdı və bir sıra aparıcı qərb dövlətləri yaradılmış Kosovo dövlətini tanımışdı.
Ermənistan hərbçiləri NATO təlimlərində - Gürcüstan, 2017-ci il
Rusiya heç zaman bu variantın Dağlıq Qarabağ üçün də məqbul olacağını vurğulamayıb və əksinə Qarabağ münaqişəsinin hətta Abxaziya problemi ilə eyni tutulmasının əleyhinə çıxıb. Məsələ bundadır ki, Abxaziya Gürcüstanın tərkibinə federal sazişlə daxil olub, Dağlıq Qarabağ isə hüquqi müstəvidə həmişə Azərbaycana məxsus olub.
Ermənistan rəhbərliyi bloklar arasında manevrlər etməklə Qarabağ münaqişəsində status-kvonun uzadılmasına çalışır ki, daha sonra həll variantını Kosovo müstəvisinə oturda bilsin. Amma belə görünür ki, Ermənistan prezidenti Serj Sarkisyanla Rusiya prezidenti Vladimir Putinin avqustun 23-də Soçidə keçirdiyi görüşdən sonra İrəvan Kremlə baş əyməyə məcbur olub. Ermənistanın AB-nin “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində sazişə də qol çəkməyəcək.
Yəni Qarabağı Kosovoya çevirmək planları da suya düşür, çünki Ermənistan Qərbdən üz döndərməli olur. Artıq İrəvan yenidən Qarabağın taleyinin əsasən Rusiyadan asılı olması variantı ilə razılaşır.
Təbii ki, bu qərbyönümlü ekspertlərin ciddi narazılığı ilə nəticələnir. Məsələn, Sarqis Arsruni bu gün dərc olunmuş məqaləsində bildirib ki, Rusiya Ermənistanı çox təhlükəli bir oyuna sürükləyir: “Ermənistan Kremlin qərb əleyhinə siyasətinin alətlərindən birinə çevrilir - bu, bizim ölkə üçün o cümlədən Qarabağ münaqişəsinin həlli prosesində həddindən arzu olunmaz nəticələrə səbəb olacaq”.
Əslində yuxarıda sadalanan hər iki variant Azərbaycan üçün çox təhlükəlidir: Qərb Qarabağ həllində Azərbaycana maksimum ətrafdakı 6 rayonu geri qaytarmağı vəd edir. Laçın dəhlizinin və keçmiş Dağlıq Qarabağın statusunu isə Azərbaycanın ərazi bütbövlüyünü, bununla da Helsinki prinsiplərini pozan referendumla müəyyən etməyə çalışır
Rusiya isə Qarabağ münaqişəsinin ümumiyyətlə həll edilməməsinə çalışır. Hər halda, həm Azərbaycana, həm də Ermənistana təzyiq göstərmək üçün Moskva ideal rıçaqlara malik olur.
Belə olan şəraitdə Azərbaycanın münaqişəni hərbi yolla həll etməkdən başqa variantı qalmır. Bu məsələdə Qüdsü 70 ildən sonra səlibçilərin işğalından xilas etmiş ərəb mənşəli səlcuq sərkərdəsi Səlahəddin Əyyubinin məşhur strategiyasının tətbiq edilməsi yerinə düşər. Qüdsün niyə belə gec işğaldan azad edilməsi barədə ətrafdakılarının verdiyi suala islam sərkərdəsi belə cavab vermiqdi: “Onda hazırlığımız yox idi, indi var”.
Azərbaycan da hazırlığını artırmalıdır. Yeri gələndə həm Rusiya, həm də Qərbin özünə müvafiq cavabı vermək üçün.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar