Xəbər lenti
Ermənilərin növbəti təxribatı – Bu dəfə Araz çayını zəhərlədilər – VİDEO
Hər vəchlə Azərbaycana zərər vurmağa çalışan Ermənistan bu dəfə ekoloji mühiti və canlıları məhv etmək yolunu seçib.
Araz çayına çoxlu miqdarda zəhərli maddənin buraxılması və çayın çirklənməsi balıqların kütləvi qırılması ilə nəticələnib. Belə bir görüntünü Cənubi azərbaycanlı soydaşımız “Xəzər Xəbər”ə göndərib.
Görüntülər Araz çayının cənub sahillərində qeydə alınıb. Balıqların kütləvi zəhərlənməsinə səbəb isə ermənilərin növbəti təxribatıdır. Onlar suya zəhərli maddələr qatıb, Araz çayını çirkələndiriblər.
Videogörüntünü Cənubi azərbaycanlı bir soydaşımız Qarabağın Cəbrayıl rayonu, Xudafərin kəndi yaxınlığındakı “Xudafərin” su bəndinin ağaşı hissəsində çəkib.
Videodan yaranmış dəhşətli mənzərə aydın görünür.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrəndik. Nazirliyin əməkdaşı İsmayıl Yunusovun sözlərinə görə, bu halın baş verməsinə səbəb ermənilərin növbəti pis əməlləridir.
İsmayıl Yunusov deyib ki, belə bir vəziyyət hazırda bizim tərəfdə müşahidə edilmir, amma təhlükənin olduğu qaçılmazdır. Odur ki, baş verə biləcək təhlükənin qarşısını almaq üçün nazirlik mütəmadi olaraq manitorinqlər keçirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar