Xəbər lenti
Hava şəraiti Qəbələdə yanğının söndürülməsində çətinlik yaradır – FOTO
Qəbələ rayonunda yanğının söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, söndürmə işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Burada, əsasən, quru ot, sıx kollar (moruq, böyürtkən və s.), qurumuş ağaclar, onların qalıqları və qismən ağaclar yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən ümumilikdə 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunmuşdur. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, Qəbələ Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər.
Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün əməliyyat qərargahı yaradılıb. Əməliyyat qərargahına fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir.
Yanğının baş verdiyi ərazi dəniz səviyyəsindən, təqribən, 1000 m hündürlükdə yerləşir. Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Eləcə də ərazi yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranıb. Ona görə də yanğının söndürülməsi üçün bütün vasitələrdən, əsasən, əl əməyindən və helikopterdən istifadə olunur.
Mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtırlı traktorlar vasitəsilə qoşqulu su çənləri qaldırılaraq söndürmə işləri aparılır. Keçilməz qayalıq hissələrdə yanğının söndürülməsi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Ka-32A” helikopteri vasitəsi ilə həyata keçirilir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə desant dəstəsi helikopterlə əraziyə enərək söndürmə işlərinə qoşulub.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyə edir.(Oxu.Az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar