Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyi süni mayalanma hallarının artmasının səbəbini açıqladı

Tarix: 31-08-2017 12:12     Baxış: 4295 A- / A+
Səhiyyə Nazirliyi süni mayalanma hallarının artmasının səbəbini açıqladı

Son vaxtlar Azərbaycanda süni mayalanma üsulundan istifadə halları artıb.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun hamilələrin patologiyası şöbəsinin müdiri Muradova Zinyət bildirib ki, bunu valideynlərin istəyi ilə deyil, son illər sonsuzluğun artması ilə əlaqələndirmək olar.
Onun sözlərinə görə, sonsuzluqdan əziyyət çəkən şəxslər çıxış yolu kimi süni mayalanmanı seçirlər.
Şöbə müdiri qeyd edib ki, sonsuzluğun səbəbləri müxtəlif ola bilər: “Ölkəmizdə sonsuzluq halları daha çox kişilərlə bağlıdır. Onlarda olan infeksiyalar, həyat tərzi və digər məsələləri sonsuzluğun səbəbləri kimi göstərmək olar”.
Şöbə müdiri qeyd edib ki, hamiləliyin düzgün idarə olunmasının əsas nüanslarından biri risk faktorlarının vaxtında aşkarlanmasıdır: “Risk faktorlarına sosial-bioloji, mama-ginekoloji və ekstragenetal faktorlar daxildir. Sosial bioloji faktorlara ana və atanın yaşı, zərərli vərdişlərdən istifadə, bədən çəkisi, yaşının 18-dən az, 35-dən çox olması, mama-ginekoloji faktorlara anemnezdə düşüklərin olması, qeysəriyyə kəsiyi əməliyyatı, sonsuzluq və digərləri, ekstrgenetal faktorlara isə sidik, ağciyər, ürək-damar xəstəliklərinin aşkarlanması daxildir. Bunlar vaxtında aşkarlanmazsa, hamiləlik patoloji sonlana bilər. Müəyyən risk qruplarına aid olan qadınlar vaxtında müayinə olunarsa, problemlərin qarşısını almaq olar. Bütün patologiyalar vaxtında əvvəl doğuşla nəticələnir”.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar