Xəbər lenti
Avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirildi

Tormoz və sükan idarə mexanizmlərində nasazlıqlar aşkar edilən avtomobillər nasazlıqlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatından keçiriləcək.
Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edib.
Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.
Minik avtomobilləri istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar texniki baxışdan keçirilmir. Texniki baxış zamanı nəqliyyat vasitələrinin tormoz və sükan idarə mexanizmlərində nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat veriləcək və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçiriləcək və daimi uçota alınacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar