Xəbər lenti
ABŞ-ın Qarabağ mesajına cavab: Kreml onu İrəvana göndərdi
Rusiya ABŞ-ın Cənubi Qafqazdakı gedişlərindən narahatdır.
Manevr.az xəbər verir ki, bunu axar.az-a Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturovun Ermənistana səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Xaçaturovun İrəvana gödərilməsində birinci səbəb kimi Qarabağ məsələsini gördüyünü qeyd edib:
“Görünür, Rusiya ABŞ-ın Qarabağ məsələsində artan rolundan narahatdır və ona görə də fəallıq göstərməyə başlayıb. Ancaq sirr deyil ki, Moskva problemin həllinə dair görüşlərini açıqlamazdan öncə bütün məqam və nüansları Ermənistanla razılaşdıracaq. Əslində, Rusiya ABŞ-ın Qarabağla bağlı 6 maddəlik planından sonra fərqlənmək üçün Ermənistanın görüşlərinə əks platforma da nümayiş etdirə bilər”.
Politoloq erməni generalın İrəvana qəfil səfərini Kirəvakandan tutmuş Dərələyəzə, Alagöz dağlarına qədər olan hissədə keçirilən Rusiya-Ermənistan birləşmiş qoşunlarının təlimləriylə də əlaqələndirib:
“Təlimlər bu günlərdə sona çatmalıdır. İstisna deyil ki, Xaçaturov Rusiya rəhbərliyinin təlimatlarını Sərkisyana çatdıracaq”.
Q.Hüseynli bütövlükdə regionda mürəkkəb proseslərin getdiyini bildirib:
“Son dövrlərdə ermənilər narahat olmağa başlayıblar ki, guya Azərbaycan Naxçıvanda ordunun sayını artırır və bu, gələcəkdə Ermənistan üçün böyük təhlükəyə çevrilə bilər. Zənnimcə, Sərkisyan bununla bağlı harayını da Xaçaturyan vasitəsiylə Moskvaya çatdıracaq. Moskvanın Xaçaturyanı görəvləndirməsinin bu məsələ ilə bağlılığı istisna deyil. Ümumiyyətlə, bu səfərə hansı tərəfdən baxsaq, bölgənin sabitliyinə xidmət etmir və daha çox İrəvanın maraqlarını əks etdirir. Hər halda Cənubi Qafqazdakı problemlərin həlli istiqamətində gərgin mübarizənin getdiyi dəqiqdir. ABŞ Gürcüstanın yanındadır və üstəlik, bir müddət öncə Azərbaycana mühüm mesajlarını göndərib. Rusiya da məhz bunu kompensasiya etmək üçün siyasi manevrlərə əl atır”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi erməni general Yuri Xaçaturov Ermənistan Prezidenti Serj Sərkisyanla görüş üçün İrəvana yollanıb. Səfər avqustun 30-na qədər davam edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar