Xəbər lenti
“Şəhid Zəhra Quliyevanın ailəsi adından yalan xəbər yayılıb” : İcra Hakimiyyəti

Bu gün bir sıra sayt və portallar шyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə atılan top mərmisinin partlaması nəticəsində öz həyətlərində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının ailəsinə dövlət tərəfindən ev verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən maneçilik törədilməsi, onlardan mənzildən imtina etmələri üçün izahatlar alınması, ailəyə təzyiq göstərilməsi barədə məlumat yayıb.
Manevr.az bildirir ki, modern.az saytı yayılan məlumatla əlaqədar Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən açıqlama alıb.
İcra Hakimiyyəti rəsmən bəyan edib ki, bəzi KİV-lərin yaydğı məlumat həqiqətə uyğun deyil:
“Həmin məlumat böhtan xarakterli və əsassızdır. Belə ki, avqustun 13-də “Əsgər Ailələrinə Dəstək” adlı İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Alxanlı kəndinə gələrək, Zəhra Quliyevanın valideynləri ilə görüşüb. Mətanət Əsgərqızı Zəhranın anası Nərminə Quliyevaya söhbət əsnasında deyib ki, sizə dövlət tərəfindən ev verilməlidir. Nərminə Quliyeva isə cavabında bildirib ki, bu məsələ dövlətin öz işidir. Hər iki halda cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar.
Mətanət Əsgərqızı isə Bakı şəhərinə qayıtdıqdan sonra Nərminə Quliyevanın və ailəsinin məlumatı olmadan onun adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb və həmin müraciəti o, özü imzalayıb.
Müraciət Prezident Administrasiyası tərəfindən baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilib. İcra hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu həmin müraciətlə bağlı Alxanlı kəndinə gedərək şəhid Zəhra Quliyevanın valideynləri görüşüb, sözügedən müraciətlə bağlı onlarla söhbət edib. Zəhra Quliyevanın valideynləri Elnur Quliyev və Nərminə Quliyeva belə bir müraciət yazmadıqlarını, imzalamadıqlarını və məlumatları olmadığını bildiriblər.
Sözügedən məsələ ilə bağlı bəzi saytlarda yazılan xəbərlərlə bağlı şəhid Zəhra Quliyevanın valideynləri və digər qohumları bu gün rayon İcra Hakimiyyətinə gələrək, ica başçısı Alı Alıyev tərəfindən qəbul edilib, onlarla söhbət aparılıb.
Şəhid Zəhra Quliyevanın valideynləri və digər yaxın qohumları saytların yazdıqları xəbərlərdən qəzəbləndiklərini, dövlətdən ev istəmək iddiasında olmadıqlarını, onlara ev verilməsi ilə bağlı hər hansı bir təzyiq göstərilmədiyini bildirib, bu məsələyə saytlar tərəfindən son qoyulmasını tələb ediblər.
Şəhid Zəhra Quliyevanın valideynləri və yaxınları baş vermiş faciə ağır olsa da, sarsılmayıblar, nikbindirlər, onlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusuna inanırlar, güvənirlər, öz doğma kəndlərindən heç hara getmək fikirləri yoxdur”,- deyə Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar